Bu tarixdə Vardanyanın istefası elan ediləcək

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət hissəsində məskunlaşan terorçu rejimin rəhbəri Arayik Harutyunyan fevralın 23-də xüsusi müraciətlə çıxış edəcək.

Bu barədə hakimiyyətə yaxın “Joxovurd” qəzeti məlumat dərc edib. 

Məlumata görə, terrorçuların rəhbəri Moskvanın oraya “dövlət naziri” kimi göndərdiyi Ruben Vardanyanın vəzifəsindən azad olunmasını elan edəcək. 

Qeyd olunub ki, “dövlət naziri” vəzifəsinə yeni namizəd separatçıların “baş prokuroru” Qurgen Nersisyandır.

Onu da deyək ki, Vardanyanın istefası ilə bağlı məlumatı “Hraparak” qəzeti də dərc edib. 

Loading

Next Post

<strong>DTX-dan əməliyyat: İŞİD-in mühasibi saxlanıldı</strong>

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İŞİD terror təşkilatının mühasibini saxlayıb. “Trend”in məlumatına görə, uzun müddət müxtəlif ölkələrdə gizlənən İŞİD-in mühasibi DTX əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.