Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

DogruSozTv Az
Oxunma vaxtı:28 Saniyə

Avqustun 8-nə keçən gecə Rusiyanın Krasnodar diyarı və Samara vilayəti dron hücumlarına məruz qalıb.

RBC-Ukraine OSINT kanallarına istinadən xəbər verir ki, hücumlar nəticəsində İlsk və Sızran neft emalı zavodlarında yanğın baş verib.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev vilayətdəki sənaye müəssisələrindən birinin dron hücumuna məruz qaldığını təsdiqləyib. Onun sözlərinə görə, hadisə yerində operativ xidmətlər çalışır.

Krasnodar diyarının operativ qərargahı isə İlsk NEZ-in ərazisinə dron qalıqlarının düşdüyünü bildirib:

“Pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində İlsk neft emalı zavodunda yanğın baş verib. İlkin məlumata görə, beş nəfər xəsarət alıb”, – deyə məlumatda bildirilir.

Loading

Next Post

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Cəlilabadda yanğın baş verib. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Dostallı kəndində qeydə alınıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Kənd sakinlərinin verdiyi məlumata görə, yanğın elektrik naqillərinin birləşməsi nəticəsində yaranıb. Yanğın zamanı iki həyətyanı sahədə quru ot və bir tövlə yanıb. Faktla bağlı […]