Yeni rəis kimdir? – Dosye

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib.

Mürsəl İbrahimov1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.

O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsində inspektor və baş inspektor vəzifəsində işləyib.
M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank”ın Təhlükəsizlik Departamentinin direktoru olub.

Loading

Next Post

Ermənistanda Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb

Ermənistan Baş Prokurorluğu tərəfindən azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb. Onlar Ermənistan dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah-sursat daşımaqda ittiham edilirlər. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundovun barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – […]