Qardaşından xəbər ala bilmədi, evdən meyiti tapıldı

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Aprelin 14-nə keçən gecə saat 01 radələrində Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində 22 yaşlı oğlanın bağlı qapı arxasında qalması barədə FHN-ə məlumat daxil olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakıda polis serjantı kimi çalışan şəxs müraciətində qardaşı, 2001-ci il təvəllüdlü N.Musaxanlının zənglərə cavab vermədiyini bildirib. Dərhal xilasetmə xidmətinin əməkdaşları evə daxil olmaq üçün işə başlayıb. Onlar qapını qıraraq mənzilə daxil olanda N.Musaxanlının evin girişindəki turnikdən özünü asdığını görüblər.

22 yaşlı şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğuna məlumat verilib və araşdırmalara başlanılıb.

Loading

Next Post

Yeni nazir kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib. Məcnun Məmmədov buna qədər “PASHA Holding”in tərkibindəki “Grand-Agro” MMC-nin direktoru olub. O, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2004-2006-cı illərdə isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb. Qeyd edək ki, […]