Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

alfonsonri
Oxunma vaxtı:31 Saniyə

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 10-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib, Azərbaycan-Rusiya əlaqələrinin inkişafında bu qarşılıqlı fəaliyyətin rolu qeyd edilib.

Həştərxanda ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bir sıra tədbirlərin keçiriləcəyindən məmnunluq ifadə olunub.

İştirakçılar Azərbaycana gəlmiş “Xəzər – dostluq dənizi” motoyürüşünün əhəmiyyətini qeyd ediblər.

Görüşdə Azərbaycan və Həştərxan vilayəti arasında ticari-iqtisadi, nəqliyyat, tranzit sahələrində, sənaye kooperasiyası, o cümlədən maşınqayırma sahəsində, eləcə də limanlararası əlaqələr və humanitar qarşılıqlı fəaliyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Loading

Next Post

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzində yeni təyinat olub. Bu barədə İdarənin müdiri müvafiq əmr imzalayıb. Əmrə əsasən, Minarə Fərzəliyeva mərkəzin direktoru vəzifəsinə təyinat alıb. Qeyd edək ki, M.Fərzəliyeva bu təyinata qədər Təhsildə Keyfiyyət Təminatı Agentliyində baş inspektor vəzifəsində çalışıb.