Ceyhun Bayrmov iranlı həmkarı ilə müzakirə apardı

alfonsonri
Oxunma vaxtı:36 Saniyə

7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

XİN-dən bildirilib ki, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər.

Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.

Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

Loading

Next Post

"Ermənistanın hərbi təlimlərə daxil edilməsi səhv idi" - Pentaqon

Ermənistanın “Defender 23” sırasına daxil edilməsi sadəcə olaraq Pentaqonun daxili mətbuat xidməti komandasının səhvi olub. Bu barədə ABŞ Müdafiə Nazirliyi “Amerikanın səsi”nin sorğusuna cavab olaraq bildirib. Pentaqon qeyd edib ki, Ermənistan tərəfi heç vaxt “Defender 23” təlimlərində iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi.