Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

alfonsonri
Oxunma vaxtı:18 Saniyə

Sabah saat 08:00-dan martın 24-ü saat 22:00–a qədər Bakının Nizami rayonunun Müzəffər Nərimanov küçəsində (Heydər Əliyev prospektindən Pəhlivan Fərzəliyev küçəsinə qədər olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

Loading

Next Post

<strong>Dünya Bankı: “Ukraynanın bərpası üçün 411 milyard dollar lazımdır”</strong>

Müharibədən sonra Ukrayna iqtisadiyyatının bərpası 411 milyard dollara başa gələcək ki, bu da ölkə üzrə 2022-ci ildə gözlənilən ÜDM-dən 2,6 dəfə çoxdur. Bu barədə Dünya Bankının yeni araşdırmasında məlumat verilib. Məbləğ keçən ilin sentyabrında açıqlanan 349 milyard dollarlıq proqnozla müqayisədə kəskin artıb. Dünya Bankının məlumatına görə, ən böyük proporsional artım […]