“Ukrayna Aİ-yə üzv olmaq üçün danışıqlara başlamağa çalışır” – Zelenski

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüşüb.

Bu barədə Ukrayna Prezidentinin “facebook” səhifəsində məlumat yerləşdirilib.

“Bu dəhşətli müharibənin ilk günlərindən Ukraynanı dəstəkləməkdə göstərdiyiniz liderliyə və Avropa Parlamentinin qəbul etdiyi mühüm qərarlara görə təşəkkür edirəm. Xüsusilə, keçən il martın 1-də, bizim Aİ-yə üzvlük müraciətimizdən sonra ikinci gün Avropa Parlamenti dəstək və Ukraynanın Aİ üzvlüyünə namizəd statusunun verilməsi zərurəti ilə bağlı qətnaməyə görə”, – Zelenski bildirib.

O qeyd edib ki, Ukrayna Avropa Komissiyasının tövsiyələrinin icrasını tez bir zamanda başa çatdırmağa və bu il Aİ-yə üzv olmaq üçün danışıqlara başlamağa çalışır.

Loading

Next Post

Dövlət Agentliyinin əsasnaməsinə dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının […]