“Mən balaca olanda cavanların ölümü çox nadir halda olurdu”

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Əməkdar artist Sevda Ələkbərzadə vaxtsız vəfat edən sənət və ictimai xadimlərlə bağlı paylaşım edib.

Dogrusoztv.az xəbər verir ki, o, ölümün ucuzlaşdığını, gündə bir vəfat xəbəri eşitdiyini bildirib:

“Mən balaca olanda arada ancaq yaşlı insanların rəhmətə getdiyini eşidərdim, cavanların ölümü çox nadir halda olurdu, onda da hamı şok olurdu. İndi nə oldu? Son illər? Uşaq, cavan… Bu bizim yaşam tərzimizdəndirmi? Ekologiyadandırmı? Qidamı? Stresli həyatmı? Nədir də? Xəstəliklərdən danışmıram hələ, bu, başqa bir mövzu. Nə bilim Vallah…”

Xatırladaq ki, bu il yanvarın 22-də Əməkdar artist Tünzalə Əliyeva 49 yaşında xərçəng xəstəliyindən, martın 2-də isə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli 48 yaşında ürəktutmadan vəfat edib.

Loading

Next Post

İctimai fəal dövlət layihələrindən yarım milyon mənimsəyib?

İctimai fəal Cəbrayıl Fərzəliyev 527 min manatlıq yeyintidə ittiham olunur. Onun barəsində cinayət işi başlanıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. İttihama görə, Fərzəliyev bu vəsaiti bankların birindən və Prezident yanında Gənclər Fondundan müxtəlif işlər görmək adıyla mənimsəyib. 33 yaşlı ictimai fəal hazırda təcridxanada saxlanılır. Onun vəkili ötən […]