Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi – YENİLƏNİR + FOTO/CANLI YAYIM

alfonsonri
Oxunma vaxtı:38 Saniyə

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.

“Əjdərbəy” məscidinin icma sədri, Hacı Həmdüllah Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

H.Babayev qeyd edib ki, dəfn mərasimi saat 15:00-da planlaşdırılır.

09:27

Hazırda Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.

Oxu.Az-ın məlumatına görə, o, Məşədi Dadaş məscidində axund olduğu üçün vida mərasimi burada keçirilir.

Onun harada dəfn olunması barədə ailəsi qərar verəcək.

Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.

PhotoStock.az-ın vida mərasimindən çəkdiyi fotoları təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

Loading

Next Post

<strong>Zaqatalada üç aylıq körpə ölüb</strong>

Zaqatalada üç aylıq körpə ölüb. APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun Aşağı Tala kənd sakini, 03.12.2022-ci il (üç aylıq körpə) təvəllüdlü Rəfail Tural oğlu Rəşidov bu gün səhər saat 06 radələrində xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq, üç aylıq körpə xəstəxanaya […]