Zaqatalada üç aylıq körpə ölüb

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Zaqatalada üç aylıq körpə ölüb.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun Aşağı Tala kənd sakini, 03.12.2022-ci il (üç aylıq körpə) təvəllüdlü Rəfail Tural oğlu Rəşidov bu gün səhər saat 06 radələrində xəstəxanaya daxil olub.

Həkimlərin səyinə baxmayaraq, üç aylıq körpə xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib. Körpənin bir müddət əvvəl Bakı şəhərindəki xəstəxanalardan birində əməliyyat olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Şeyxdən Hacı Şahinlə bağlı paylaşım

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün ürəktutmadan dünyasını dəyişən Hacı Şahin Həsənli ilə bağlı paylaşım edib. Dogrusoztv.az- ın məlumatına görə, şeyxülislam sosial şəbəkə hesabında aşağıdakıları qeyd edib. “Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü ilahiyyatçı Hacı Şahin Həsənli haqqın dərgahına qovuşub. Yaxınlarına, sevənlərinə Allahdan səbr diləyirik, […]