İlham Əliyev Türkiyədə – YENİLƏNİB (FOTO)

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər rəsmi şəxslər qarşıladılar.

*** 12:33

Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vahdettin köşkündə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. İki liderin görüşü yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 15:00-da) başlayacaq.

Loading

Next Post

Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi

Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev işdən azad edilib. Arif Babayev, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Artıq sözügedən vəzifəyə yeni təyinat da reallaşıb. Belə ki, nazirin digər əmri ilə Sumqayıt Şəhər Pois İdarəsinin rəis müavini, […]