İlham Əliyev BƏƏ ilə memorandumu təsdiq etdi

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

2022-ci il noyabrın 28-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir.

Loading

Next Post

Zelenski Pakistan prezidentinə zəng etdi

Ukrayna prezidenti Volodimir Zelenski ilə Pakistan lideri Arfi Alvi arasında telefon danışığı olub.  Bu barədə Ukrayna dövlət başçısı “Twitter” hesabında məlumat yayıb. Siyasətçilər “taxıl dəhlizi”ni müzakirə ediblər. “Biz dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinin, BMT Nizamnaməsinə hörmətin vacibliyini qeyd etdik”, – Zelenski deyib.