Prezident İlham Əliyevdən jurnalistin demokratiya ilə bağlı sualına cavab: Avropada etirazçıları necə döydüyünüzə baxırıq

Oxunma vaxtı:1 Dəqiqə, 1 Saniyə

Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin sualına cavabında deyib.

Jurnalist və Prezident İlham Əliyev arasındakı dialoq:

Siz Azərbaycanı demokratiya nümunəsi adlandırardınız?

– Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsi adlandırarsınız?

– Müəyyən mənada, bəli.

– Lakin siz müxalifətin nümayişlərinə qadağa qoyursunuz.

– Xeyr, belə deyil.

– Bəli, bəli. Nümayiş keçirmək istəyən ekstremist – adını unutmuşam. Siz onlara qadağa qoydunuz.

– Mən bu barədə bilmirəm. Demək istəyirəm ki, hətta koronavirus dövründə də etirazlar keçirirdilər.

– Xeyr, koronavirus dövründən əvvəl idi. Biz nümunə deyilik və özümüzü bu cür göstərmirik. Lakin özlərini sanki belə göstərən ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz “sarı jiletlilərin” etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib.

– Amma biz Fransa barədə danışmırıq.

– Xeyr, gəlin, Avropa barədə danışaq.

– Azərbaycan barədə…

– Xeyr, gəlin özlərini guya demokratmış kimi aparanlardan danışaq. Biz özümüzü elə aparmırıq. Bəli, bizim çatışmazlıqlarımız var.

– Mən cənab Makrondan bu barədə soruşaram.

– Lakin etirazçılar qətlə yetirilirlər, küçədə etirazçıları qətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Mən bir aydır bu sualı verirəm, heç bir cavab yoxdur

Mən bir aydır bu sualı verirəm, heç bir cavab yoxdur. Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “İki gün əvvəl radioda Sizin Ermənistanın bu müharibəni aparmaq üçün pulu haradan aldığını soruşduğunuzu eşitdim. Cavab nədir?” sualına cavabında deyib. […]