Türkiyənin Kosmik Agentliyinin rəhbəri seysmik silahın mövcudluğunu açıqlayıb

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Türkiyə Kosmik Agentliyinin rəhbəri Serdar Yıldırım kosmosda yerləşdirilən və 7-8 bal gücündə süni zəlzələlər yaradan silahın mövcudluğunu açıqlayıb.

Onun sözlərinə görə, belə bir hücum xüsusilə Türkiyə kimi bir ölkə üçün qarşısıalınmazdır.

Yıldırım belə bir silah sisteminin necə hazırlandığını görüb və onun fəaliyyət prinsiplərindən danışıb.

O, bildirib ki, silah zahirən elektrik dirəklərinə bənzəyən iti ucu olan titan ərintisindən hazırlanmış çubuqlarla Yerə bir növ “atəş açır”. Onların uzunluğu 8-10 metrdir.

Yerə düşən bu çubuqlar beş kilometr dərinliyə batır və yeraltı təkanlara səbəb olur.

Mənbə: Cumhuriyet

Loading

Next Post

<strong>Yağıntının azlığı Naxçıvanın çaylarında doluluğun aşağı düşməsinə səbəb olub</strong>

Bu il yağıntıların miqdarının illik normadan az olması Naxçıvan ərazisindəki çaylarda və digər sututarlarda doluluğun aşağı düşməsinə səbəb olub. “Report” xəbər verir ki, problem yarımquraqlıq zonalarda özünü daha qabarıq göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri muxtar respublikanın gursululuq […]