Bakı-Quba yolunda maşın mikroavtobusla toqquşdu – 3 ölü, 7 yaralı (YENİLƏNİB)

alfonsonri
Oxunma vaxtı:54 Saniyə

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində yaralananlardan daha biri vəfat edib.

Hadisə nəticəsində 3 nəfər ölüb. 7 nəfər isə yaralıdır.

***

09:47

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.

***

09:18

Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

“Mercedes Vito” markalı 77-CY-723 dövlət nömrə nişanlı mikroavtobus Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

<strong>Xilasedicilərimiz Kahramanmaraşdan Hataya YOLA DÜŞDÜ</strong>

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə olan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərindən Hataya yola düşüb. Qardaş ölkədə qeydə alınmış təbii fəlakətin aradan qaldırılması üçün FHN-in 114 nəfərdən ibarət şəxsi heyəti Hataya gedib. Eyni zamanda Hatay şəhərinə xilasedicilərlə yanaşı FHN-in xüsusi təlim keçmiş 2 […]