Bakıda təhsil alan türkiyəli tələbə də zəlzələdə həlak olub – Foto

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Fevralın 6-sı Türkiyədə baş verən dağıdıcı zəlzələdə Bakıda təhsil alan türkiyəli tələbə vəfat edib.

Dogrusoztv.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, universitetin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da zəlzələ nəticəsində dünyasını dəyişib.

Həmçinin qeyd olunub ki, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri – Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. O, 2021-ci ildə universitetin Əczaçılıq fakültəsindən məzun olub. Daha sonra Malatyada İnönü Universitetində magistratura təhsili alıb.

Fotoda Gündüz Nəzərzadə

Loading

Next Post

Günün qoroskopu: Ünsiyyət üçün əlverişli gündür

Qoç – Çətin olacaq. Yaranan problemlər və formalaşan çətinliklər mürəkkəbdir. Onları çözmək üçün baş sındırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları yarana bilər. Dövlət qurumlarının nümayəndələri ilə təmaslarda diqqətli olun. Daşınmaz əmlak və ya nəqliyyat vasitəsi ilə bağlı əməliyyatlar məsləhət deyil. Emosional fon stabil deyil. Gah sevinir, gah da səbəblərini özünüz anlamadığınız […]