Bakıda qadın iki kişini bıçaqladı

Oxunma vaxtı:27 Saniyə

Bakıda qadın 2 kişini bıçaqlayıb.

Hadisə sentyabrın 15-i saat 09 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində qeyd alınıb.

Salyan rayon sakini 1982-ci il təvəllüdlü Y.Vəliyeva yaşadığı evdə qonşusu Lənkəran rayon sakini 1978-ci il təvəllüdlü A.Quliyevi və qeyri-rəsmi nikah münasibətlərində olduğu 1983-cü il təvəllüdlü K.Dadaşovu bıçaqlayıb.

A.Quliyev qarın nahiyəsindən daxilə nüfuz edən, K.Dadaşov isə qol nahiyəsindən xəsarət alıb. Bildirilir ki, bıçaqlanan şəxslərin ikisi də keçmiş məhkumdur.

Y.Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Loading

Next Post

Kölndə partlayış: Alman polisi əməliyyata başladı

Almaniyanın Köln şəhərinin mərkəzində partlayış baş verib. Bu barədə “Bild” nəşri məlumat yayıb. “Hohenzollernrinq küçəsində səhər saatlarında partlayış olub”, – məlumatda qeyd olunub. Polisin partlayışın baş verdiyi rayonda böyük əməliyyat apardığı bildirilir.