Əhməd İsmayılov: Jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilər

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

Media resyestri kiminsə jurnalist olmasını təmin etmir.

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib.

Media reyestrinə etiraz edənlər: onlar nə istəyirlər?
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər jurnalistlərə münasibətdə həssas davranmanı şərtləndirəcək – RƏY
Parlamentdə Ombudsmanın və MEDİA-nın iştirakı ilə dinləmə keçiriləcək
Onun sözlərinə görə, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər.

“Sadəcə, kimsə özünü media reyestrində qeydiyyatdan keçirmək istəyirsə, həmin jurnalistlər dövlətin verdiyi müəyyən imtiyazlardan istifadə edə bilirlər. Bir daha qeyd edirəm ki, media reyestrindən qeydiyyatdan keçmək məcburi xarakter daşımır, qətiyyən media reyestrində olmayan jurnalistin fəaliyyəti məhdudlaşmır”, – deyə Əhməd İsmayılov vurğulayıb.

Loading

Next Post

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefonla danışıb. Dogrusoztv.az  xəbər verir ki, bu barədə nazir Tvitterdə bildirib.Danışıq zamanı nazir bir daha Laçın yolundakı etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb və Azərbaycanın sülh prosesinə sadiqliyini xatırladıb.