Ceyhun Bayramov və Çavuşoğlu zəlzələ ilə bağlı vəziyyəti müzakirə etdi

alfonsonri
Oxunma vaxtı:50 Saniyə

Fevralın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, telefon danışığı zamanı Türkiyədə böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələ nəticəsində zərərçəkmiş əhalinin xilas olunması, humanitar yardım göstərilməsi istiqamətində aparılan əməliyyatların və işləri üzrə son vəziyyəti müzakirə edilib.

Baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı bir daha başsağlığı diləklərini çatdıran nazir Ceyhun Bayramov zəlzələ nəticəsində xəsarət almış şəxslərə şəfa diləyib.

Nazir Azərbaycanın hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanında olduğunu, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyini davam etdirəcəyini bildirib.

O, qardaş Türkiyənin bu ağır sınaqdan da üzüağ çıxacağına dair inamını əminliklə ifadə edib.

Telefon danışığı zamanı Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu həmçinin zəlzələ bölgəsində son vəziyyət, xilasetmə əməliyyatlarının gedişatı barədə ətraflı məlumat verib.

Telefon danışığı zamanı həmçinin, bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Loading

Next Post

İcra başçısı onu özünə müavin TƏYİN ETDİ - FOTO

Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub. İcra başçısı Məhərrəm Quliyevin əmri ilə Həsənov Şamxal Məhərrəm oğlu Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Qeyd edək ki, o bu təyinatadək Goranboy rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini […]