İlin ikinci Ay tutulması başa çatıb

Oxunma vaxtı:40 Saniyə

Bu gün ilin ikinci Ay tutulması hadisəsi baş verib.

Bu barədə Trend-ə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, saat 12:02-dən etibarən yarımkölgəli Ay tutulması başlayıb. Saat 13:09-da qismən, saat 14:16-da isə tam tutulma başlayıb. Tutulmanın maksimumu saat 14:59-da olub. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatıb.

Bu ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olub.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyib. Yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olub. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Loading

Next Post

Prezident İlham Əliyev: Azərbaycan-Albaniya əməkdaşlığı üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var (TAM BƏYANAT)

Noyabrın 15-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyevin bəyanatı – Hörmətli cənab Prezident. Hörmətli xanımlar və cənablar. İlk növbədə, cənab Prezident, dəvətə və göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən gözəl ölkənizə […]