Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib

Oxunma vaxtı:29 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Əziz Qardaşım,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan-Mərakeş ənənəvi dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Loading

Next Post

Qazimizin qız övladı dünyaya gəldi - FOTO-VİDEO

Vətən müharibəsində ağır yaralanaraq iki ayağını itirən qazimiz Həsən Mehdiyevin Zəhra adlı qız övladı dünyaya gəlib. BiG.AZ xəbər verir ki, bu barədə son zamanlar paylaşımlarıyla gündəmdə olan fintes məşqçisi Kamil Zeynallı özünün “İnstagram” səhifəsində yazıb. “Zəhra bala, qədəmlərin mübarək olsun. Doğum evindən çıxarıb evlərinə apardıq. Yaralanan gündən yanında olduğum və sevərək əziyyətini […]