Yol – patrul xidmətinin nümunəvi əməkdaşı

Oxunma vaxtı:2 Dəqiqə, 34 Saniyə

Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazov və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalov əməkdaşlardan tələb edirlər ki, hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar. Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir. Nazir və idarə rəisi başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq olduğunu bildirirlər.

“Polis haqqında” Qanunun tələblərinə ciddiliklə əməl edən Şəki şəhər – rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına nəzarət yüksək səviyyədə təşkil edilməsi barədə indiyədək kütləvi informasiya vasitələrində, eləcə də “Doğru Söz” qəzetində və onun internet əlavəsi olan “Doğru Söz” Milli İnformasiya Agentliyinin veb-saytında təqdiredici məqalələr dərc olunub.

Amma gəlin etiraf edək ki, jurnalistlər hər hansı bir qurumun, eləcə də güc strukturu bölməsinin fəaliyyəti barədə istər təqdir, istərsə də tənqid xarakterli material hazırlayanda ilk növbədə həmin qurumun məhz rəhbər vəzifəli şəxslərini, onların xidmətlərini önə çıxarır, orta və aşağı manqa təmsilçilərinə az yer ayırırlar. Hərçənd, başa düşüləndir ki, rəhbərlərinin üzünü ağ edənlər də məhz sıravi əməkdaşlardır.

KİV nümayəndələri olaraq “Doğru Söz” Milli İnformasiya Agentliyinin əməkdaşları Şəkidə apardıqları monitorinqlər, əhali arasında keçirdikləri rəy sorğusu nəticəsində məlum olmuşdur ki, rayonda hərəkət iştirakçıları, həm sürücülər, həm də piyadalar tərəfindən fəaliyyəti təqdir olunan polis işçilərindən biri də yol-patrul xidmətinin baş serjantı Azər Qara oğlu Quliyevdir.

Ümumi və hüquqi biliklərini, nəzəri və peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləyən Azər Qarayev milli qanunvericilikdəki və beynəlxalq hüquqdakı yenilikləri, cənab nazrin çıxışlarını yaxından izləyir. İntizamlı və sayıqdır, cəsarətli və qətiyyətlidir. Üzərinə düşən – yol hərəkətini tənzimləmək; yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə Təlimatda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək, ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlığa qarşı mübarizə tədbirlərində iştirak etmək; yollarda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək,  küçə-yol şəbəkəsinin texniki tənzimləmə vasitələrinin vəziyyətinə və onların saz halda saxlanılmasına, avtomobil yollarında və küçələrdə təmir-tikinti işlərinin aparılmasında müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət etmək; inzibati xətaların qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək kimi vəzifələrin öhdəsindən layiqincə gəlir.

Onun xidmət zamanı hərəkətləri vətəndaşlarda yalnız rəğbət hissi doğurur. Müəyyən edilmiş iş qrafikindən və ya post cədvəlindən kənara çıxmır. Yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsipləri əsasında qurur.

Vətəndaşlarla söhbət zamanı  təmkinlidir, mübahisələrə girmir, soyuqqanlılığını itirmir, kobudluğa kobudluqla cavab vermir. Yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olmasını xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edir. Əgər kimsə narazıdırsa, ona hüquqlarını və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət edilməsi qaydasını izah edir, vətəndaşa yazılı formada öz narazılığını bildirməyi təklif edir.

İnanırıq ki, qüvvədə olan qanun və qaydalara, rəhbərliyin əmr və tövsiyələrinə layiqincə əməl edən Azər Quliyev bundan sonra da daha şövqlə çalışacaq, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqlə gələcəklər.

Malik Mustafayev, “Doğru Söz” Milli İnformasiya Agentliyinin əməkdaşı

Loading

Next Post

<strong>İcbari tibbi sığorta Azərbaycana çoxcibli xalatını tərsinə geyinmiş təzə baş həkim kimi gəldi</strong>

Bu mövzuda bir dəfə qəzetimizdə “Əhali nə Səhiyyə Nazirliyindən, nə TƏBİB-dən, nə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yarıdı” sərlövhəli məqalə dərc olunub. Həmin məqalədə icbari tibbi sığortaya keçidlə bağlı vətəndaşlara təqdim olunan ilkin xidmətlər zərfinin “kasadlığından”, icbari tibbi sığorta ilə müayinə və müalicə olunmaq istəyən şəxslərin həkimlərlə ciddi […]