Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2 müavini işdən çıxarılıb

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2 müavini işdən çıxarılıb. Doğrusöztv.Az APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bununla bağlı Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu […]

Oqtay Şirəliyev koronavirusa görə məmurları topladı – Foto

Nazirlər Kabineti yanında operativ qərargahdan Unikal.org-a verilən məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin müvafiq strukturlarının rəhbər və əməkdaşları iştirak ediblər. Müşavirədə qeyd […]

Bandotdeldə yeni TƏYİNAT

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yeni şöbə rəisi təyin edilib. Doğrusöztv.az bildirir ki,”Yenisabah.az”ın məlumatına görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhman Kərimov vəzifəsindən azad olunaraq Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsində yeni yaradılan Təhqiqat Şöbəsinə rəis edilib. […]

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.      Nazirliyin tabeliyində fəaliyyət göstərən əksər məktəbdənkənar təhsil müəssisələrinin idman zalları, inzibati, məşğələ otaqları, sanitar qovşaqlar, yeməkxana və digər köməkçi qurğularında dezinfeksiya işləri artıq yekunlaşdırılıb. Digər müəssisələrdə də tədbirlər davam etdirilir.     […]

Azərbaycanın Bolqarıstandakı Səfirliyi “Bir günlük Səfir” adlı beynəlxalq təşəbbüsə qoşulub – FOTO

Azərbaycanın Bolqarıstandakı Səfirliyi Böyük Britaniyanın bu ölkədəki Səfirliyinin təşkilatçılığı və Bolqarıstan Respublikasının Vitse-prezidenti İliana Yotovanın himayədarlığı ilə keçirilən “Bir günlük Səfir” adlı təşəbbüsdə iştirak edib. Doğrusöztv.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ildən irəli sürülən təşəbbüs Bolqarıstanda 14-18 yaşarası gənc qızların bir günlük səfir olmalarına şərait yaratmaqla diplomatiyaya […]

YPX avtomobili polisi vuraraq öldürüb – RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə polis əməkdaşın öldüyü yol qəzasına aydınlıq gətirib. Doğrusöztv.Az Unikal.org- a istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, bu qəza respublika ərazisində hər gün baş verən yol qəzalarından biridir:“Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri Fərhad Abdullayev avtobusdan […]

Azərbaycan İran gəmilərinin limanlara girişinə məhdudiyyət qoydu

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən İran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulur. Doğrusöztv.Az Unikal.org-a […]

Operativ qərargah koronavirusla bağlı məlumat yaydı: 276 vətəndaş…

İran İslam Respublikası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə geri qayıtması təmin edilir. Bununla əlaqədar İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun “qaynar xət”lərinə daxil olan müraciətləri qeydiyyata götürülür. Doğrusöztv.Az bildirir ki, bu barədə Unikal.org-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib. Vətəndaşlarımızın qayıdışı […]

Azərbaycanda nazir işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 4-də Rövşən Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az Unikal.org-a istinadən bildirir ki, sərəncamla Rövşən Həmid oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilib.