Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq etdikdən sonra yeni seçilən deputatlara döş nişanları təqdim edilib. Bu nişanı ilk dəfə taxacaq yeni deputatların sayı 42 nəfərdir.Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib. Martın 5-də Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilən seçkilərin nəticələri 121 dairə […]
Cəmil Quliyev bu səbəbə işdən ÇIXDI
“Azərbaycanfilm”in direktoru Cəmil Quliyev öz ərizəsi ilə işdən kənarlaşıb. Doğrusöztv.Az Unikal.org-a istinadən xəbər verir ki, direktor vəzifəsinin icrası Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə “Salnamə” studiyasının direktoru Nazim Hüseynova tapşırılıb. C. Quliyevin işdən çıxmasına səbəb səhhətində yaranan problemdir.
Leyla Əliyevadan Azərbaycanı təsvir edən möhtəşəm videoçarx paylaşımı – VİDEO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” hesabında Azərbaycanı təsvir edən videoçarx paylaşıb. Doğrusöztv.Az Unikal.org-a istinadən xəbər verir ki, “Baku Media Center”in hazırladığı videoçarxda ölkəmizin təbiəti, mədəni, idman həyatı, gündəlik yaşam tərzi əks olunub. Videoçarx qısa zaman kəsiyində minlərlə baxış qazanıb.
Jalə Əliyeva: Mehriban Əliyeva nəinki Azərbaycanımızın, bütövlükdə dünyanın mərhəmət, şəfqət simovuldur
Milli Məclisin deputatı Jalə Əliyevanın 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qələmə aldığı “Gülün ki, dünyamız da gülsün” sərlövhəli məqaləsini təqdim edirik: – Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,Sürüklənən bəşəriyyət qadınla yüksələcək!Bu şeirin, bu misraların qələmə alınmasından 100 ildən, bir əsrdən çox vaxt keçir…Dahi şairimiz, böyük Azərbaycanlımız Hüseyn Cavid bu […]
Kamilə Əliyeva: Qadınlar dünyada xeyriyyəçiliyin, hümanistliyin, sülhün carçılarıdır (VİDEO)
İcra başçısının müavini vəzifəsindən istefa verdi
Konstitusiya Məhkəməsinin Milli Məclisə seçkilərin yekunlarını təsdiqləməsi ilə əlaqədar Suraxanı İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova işdən çıxıb. Doğrusöztv.Az xəbər verir ki, bu barədə APA-ya Suraxanı İcra Hakimiyyətindən məlumat verilib. Sabunçu rayon İcra Hakimiyyətindən də bildirilib ki, Sabunçu rayon İcra Hakimiyyəti Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliəbbas Salahzadə […]
Azərbaycanda yeni ASC yaradıldı – TƏYİNAT
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, yeni qurum Naxçıvandakı Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında yaradılıb. Fərmanla yeni səhmdar cəmiyyətinin nizamnaməsi təsdiq edilib, yerli Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Vasif Talıbov […]
İlham Əliyev Gürcüstanın Müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilini qəbul edib. Doğrusöztv.Az bildirir ki, Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin birgə iştirak etdiyi mühüm enerji layihələrinin əhəmiyyəti vurğulandı, Cənub Qaz Dəhlızinin uğurla reallaşmasının önəmi qeyd […]
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Doğrusöztv.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Tərlan Zeynalov Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinə yeni rəis təyin olunub. Məlumatı saytımıza Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.
Azərbaycan sərhədçisi şəhid olub
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində müdafiə və mühafizəsini həyata keçirən mövqelərimizə qarşı düşmən tərəfinin təxribatları davam edir. Doğrusöztv.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Report”a verilən məlumata görə, bu gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə […]