Təhsil Nazirliyinin ən kiçik məktəbi yandı

Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus binada yanğın olub. Doğrusöztv.az FHN-nin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 175 m2 olan birmərtəbəli orta məktəb binasının (xarici və arakəsmə divarları yüngül konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. loading…

Boks üzrə Azərbaycan milli komandalarının lisenziya turniri üçün heyəti müəyyənləşib

DOĞRUSÖZTV.AZ – BAKI Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandalarının martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda start götürəcək Avropa Olimpiya Təsnifat Turniri üçün heyəti müəyyənləşib.  Apasport.az saytının məlumatına görə, 10 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 12 boksçu qoruyacaq.  Azərbaycan kişi boksçuların mübarizəsində tam heyətlə təmsil olunacaq. Millimizin […]

Koronavirus dünya iqtisadiyyatına 2,7 trilyon dollara başa gələ bilər

Koronavirusunun yayılmasına görə, dünya iqtisadiyyatı 2,7 trilyon ABŞ dollarına qədər (2.38 trilyon avro dəyərində) itirə bilər. APA Bloomberg agentliyinə istinadən bildirir ki, bu məlumatları agentliyin mütəxəssisləri açıqlayıb. Tədqiqatçılar bu xəstəliyin iqtisadiyyata təsir ssenarilərini göstəriblər. Bildirilir ki, əgər xəstəliyin yayıldığı yer, Çin hakimiyyəti prosesləri nəzarət altına alsa və ilin ikinci rübündə […]

Mehriban Əliyeva qadınları təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib. “Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin […]

Beynəlxalq Qadınlar Günü Azərbaycan Ordusunda qeyd edilib – VİDEO

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçu, həmçinin mülki işçilərin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbirləri keçirilib.Müdafiə nazirinin bayram münasibətilə təbriki tədbir iştirakçılarına çatdırıldıqdan sonra qadınlara bayram hədiyyələri və çiçək dəstələri təqdim olunub.Eyni zamanda bayram günündə ölkəmizin suverenliyi […]

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahın MƏLUMATI

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Doğrusöztv.Az xəbər verir ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan […]

Təhsil Nazirliyinin Mətbuat xidmətinin məlumatı

Məlum olduğu kimi, Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla […]

Şəhidimizin nəşi ailəsinə təhvil verildi – Video

Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayevin nəşi bu gün doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilib. Unikal.org report-a istinadən xəbər verir ki, onun meyiti ailəsinə təhvil verilib.  Əsgər bu gün Bərdə rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.  Hazırda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və […]

Nazir işdən çıxarılan rəisin oğlunu yeni vəzifəyə TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Doğrusöztv.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Vüsal Qələndərov Abşeron Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, V.Qələndərov daha əvvəl Nəsimi Rayon DYP Şöbəsinin […]