Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib – YENİLƏNİB

12 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Yaxın Şərqdə artan hərbi eskalasiyanı, eləcə də ikitərəfli […]

Paşinyan Vensə qondarma “Artsax”la bağlı kitab verən “soyqırımı muzeyi”nin direktorunu işdən qovub

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun sərəncamı ilə qondarma “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan istefa verib. O, bu gün bu barədə brifinqdə jurnalistin Qzoyanın ABŞ vitse-prezidentinə qondarma “Artsax” haqqında kitab hədiyyə etməsi və “Artsax” barədə danışması ilə bağlı suala cavabında deyib. “Bəli, istefa ərizəsi yazmasını xahiş etdim. […]

Müctəba Xamenei İsrail və ABŞ-ı “digər cəbhələr”in açılacağı ilə hədələyib

Əgər müharibə davam etsə, “digər cəbhələr” açılacaq. Bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib. O qeyd edib ki, ABŞ və İsrailin “daha az təcrübəyə malik olduğu, həssas və zəif olduqları digər cəbhələrin açılması” ilə bağlı araşdırmalar aparılıb. “Müharibə davam edərsə, məsləhətlər nəzərə alınaraq, həmin cəbhələrin […]

Tramp İrana qarşı birgə əməliyyatın məqsədini açıqlayıb

İsraillə birgə İrana qarşı əməliyyatın məqsədi Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb. “Birləşmiş Ştatlar, şübhəsiz ki, dünyanın ən böyük neft istehsalçısıdır, ona görə də neft qiymətləri artanda biz daha çox pul qazanırıq. Lakin prezident kimi mənim üçün daha böyük maraq və […]

XIII Qlobal Bakı Forumu çərçivəsində çoxtərəfliliyin böhranına həsr olunan panel sessisyası keçirilib

XIII Qlobal Bakı Forumu çərçivəsində “Çoxtərəfliliyin böhranı: Qlobal əməkdaşlığın yenidən düşünülməsi” adlı panel sessisyası keçirilib. “Report” xəbər verir ki, paneldə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa dünyanın yalnız milyarder ölkələrdən ibarət olmadığını bildirib. “Hər bir dövlətin öz gələcəyinə dair fikir söyləmək imkanı olmalıdır”, – […]

İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb

İsrail Müdafiə Ordusu Beyrutda “Hizbullah”ın raket bölməsində fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Məhəmmədi adlı komandirini öldürüb. Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib. Hərbçilərin məlumatına görə, Məhəmmədi “Hizbullah” ilə SEPAH arasında hərbi koordinasiyada əsas fiqur hesab olunurdu. O, həmçinin Livan qruplaşması ilə yüksək rütbəli İran rəsmiləri arasında vasitəçi […]

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, fevralın 4-də Dubay şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” […]

Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb, bir nəfər 96 bal toplayıb

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına fevralın 15-də keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib. Bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanda bir nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib. İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən martın 17-dən etibarən […]

Vilayət Eyvazov: Daxili Qoşunlar qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirir

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları yaranmasının 34-cü ildönümünü qeyd edilir. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və hərbi qulluqçular Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən […]

Parklanma qaydasını pozan sürücünün protokolunu avtomobilin ön şüşəsinə qoymaq tələbi aradan qaldırılır

Yol polisi üçün dayanma və ya durma, parklanma qaydalarının pozulmasına görə protokolun surətinin təqdim edilməsi qaydası dəyişdirilir. Bu barədə “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliklərdə deyilir. Təklif olunan dəyişikliklərə əsasən, dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta […]