Lənkəranın 2 kəndində qaz olmayacaq

Bu gün Lənkəran rayonunun iki kəndinin qaz təchizatında fasilələr yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, mayın 4-də saat 14:00-dan təmir işləri ilə bağlı rayonun Digah və Şiləvar kəndlərində təbii qaz təchizatında fasilələr yaranacaq. Gün ərzində işlər […]

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.Bu barədə Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.Qeyd olunub ki, 10 vaqon gübrə Ermənistana göndəriləcək.Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

Premyer Liqa: “Qarabağ” bu gün “Turan Tovuz”la qarşılaşacaq

Misli Premyer Liqasında XXX turun daha bir oyunu bu gün keçiriləcək. “Qarabağ” “Turan Tovuz”la münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq. Çempionluq şansını itirən Ağdam təmsilçisi 59 xalla ikinci pillədə qərarlaşıb. Tovuz klubu 56 xalla üçüncüdür. Xatırladaq ki, […]

Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. Mikayıl Müşfiq küçəsi, “Badamdar” […]

Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Səma bu gün sanki dərin bir nəfəsdən sonra yüngülləşir – ağır hisslərin dalğası çəkilir, yerini daha aydın, daha təmiz bir duyğuya verir. 4 may 2026-cı il daxili transformasiyadan sonra gələn sakit anlayış günüdür. Bu […]

Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın üçündə, bəzi bölgələrdə isə üçü və dördündə külək güclənəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi, Naxçıvan MR, Mingəçevir, Gəncə, Naftalan, Goranboy, Neftçala, Salyan, Daşkəsən, Gədəbəy, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda isə […]

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Kino Sənətləri və Elmləri Akademiyası aktyorluq və ssenaristlik nominasiyaları üzrə Oskar mükafatlarının yalnız insanlar tərəfindən görülən işlərə veriləcəyini açıqlayıb. Bu barədə BBC məlumat yayıb. Məlumatda qeyd edilib ki, akademiyanın yaydığı yenilənmiş qaydalara əsasən, aktyorluq yalnız insan ifası olduqda, ssenari isə yalnız insan tərəfindən yazıldıqda mükafata namizəd ola bilər. Qərar son […]

İranda 2 nəfər dar ağacından asıldı

İran hakimiyyəti İsrail kəşfiyyatı “Mossad” üçün casusluqda ittiham olunan iki şəxsi edam edib.Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.  Məlumata görə, “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda günahlandırılan Yaqub Kərimpur və Nasir Bəkrzadə adlı şəxslər qanunla müəyyən edilmiş prosedura uyğun olaraq, ölkənin ali məhkəməsi tərəfindən hökmün təsdiqindən sonra dar ağacından asılıblar.  Kərimpurun […]

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Rusiya cari həftə ərzində Ukraynaya qarşı 1 600-ə yaxın zərbə pilotsuz uçuş aparatı, 1 100-ə qədər idarəolunan aviabomba və üç raketdən istifadə edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb. O qeyd edib ki, zərbələr xüsusilə Nikolayev vilayətinin enerji infrastrukturuna, eləcə də Dnepropetrovsk, Odessa, Sumı, Xerson və […]

62 ölkədən olan diplomatlar “Laçın Aqro-Sənaye Parkı”nda olublar

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bu gün “Laçın Aqro-Sənaye Parkı”nda olublar. Onlara sənaye parkında istehsal edilən məhsullarla tanış olmaq imkanı yaradılıb. Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir. Bu, xarici diplomatik […]