“Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”. Bu açıqlamanı “Berliner Zeitung” nəşrinə müsahibəsi zamanı Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Rusiya ilə Ukrayna arasındakı danışıqlar üçün platforma ola biləcəyi ilə bağlı sualı cavablandıran zaman […]
Pezeşkian: Qonşu ölkələr, eləcə də Azərbaycanla əlaqələri möhkəmləndirmək İran üçün prioritetdir
İran hakimiyyəti xarici siyasətdə qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkiyə, Türkmənistan, Əfqanıstan, Pakistan və Fars körfəzi sahilində yerləşən dövlətlərlə münasibətlərin möhkəmləndirilməsinə üstünlük verir. Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb. Bu barədə APA-ya Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Bazar gününün havası açıqlanıb
Azərbaycanda iyulun 27-də bəzi yerlərdə 36, bəzilərində isə 39 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm […]
Prezident İlham Əliyev Maldiv liderini təbrik edib
Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Son dövrdə Azərbaycan ilə Maldiv arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və […]
İranda məhkəmə binasına silahlı hücum edilib, ölən və yaralananlar var
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum edilib. Bir neçə silahlı şəxs binaya soxulub. Hücum nəticəsində məhkəmə işçiləri və hərbçilər arasında ölən və yaralananlar var. Şahidlər bildiriblər ki, hücum edənlər binanın içərisində atəş açıblar. Zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmır.
Rusiya ermənilərinin rəhbəri: Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur
“Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur”. Bunu TASS agentliyinə müsahibəsində Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan deyib. O həmçinin ölkəsinin Avropa İttifaqına üzvlük perspektivlərini də dəyərləndirib: “Bizi bu ittifaqa heç kim dəvət etmir. Özümüz ora üzv olmaq istəyirik. Avropa İttifaqında da deyirlər ki, əlbəttə, buyurun. Onlar niyə belə deyir? […]
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq. Şəhərin Azərbaycan məhəlləsinin bir hissəsini, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 9:00-dan suyun verilməsində fasilə yaranacaq. İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki […]
DİN-də əməliyyat müşavirəsi keçirilib, azad olunan ərazilərdə mövcud əməliyyat şəraiti təhlil edilib
Daxili İşlər Nazirliyində iyulun 25-də işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə keçirilən müşavirədə bölgədə mövcud əməliyyat şəraiti, şəxsi heyətin xidməti fəaliyyəti və əhali ilə qurulmuş qarşılıqlı əlaqə təhlil edilib. Qeyd olunub […]
FHN: Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir
Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tədbirlər davam etdirilir. Bu barədə FHN məlumat yayıb. Qeyd edilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. […]