Prezidentin köməkçisi Bakının Rusiya-Ukrayna danışıqları üçün platforma olacağı məsələsinə münasibət bildirib

Oxunma vaxtı:36 Saniyə

“Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”.

Bu açıqlamanı “Berliner Zeitung” nəşrinə müsahibəsi zamanı Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Rusiya ilə Ukrayna arasındakı danışıqlar üçün platforma ola biləcəyi ilə bağlı sualı cavablandıran zaman verib.

“Bakı artıq bütövlükdə Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar baş tutub. Suriya və İsrail arasındakı müzakirələr də Bakıda keçirilib. Rusiya və ABŞ da raket əleyhinə müdafiə məsələsi ilə bağlı strateji danışıqlarını Bakıda aparıblar. Son vaxtlarda Bakıda digər diplomatik tədbirlər keçirilib. Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”, – deyə Azərbaycan Prezidentinin köməkçisi bildirib.

Loading

Next Post

Ölkəmizə dəymiş zərər 150 milyard dollara yaxındır

“Hazırda Ermənistan tərəfindən Azərbaycana kompensasiya ödənilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının müzakirə mövzusu deyil”.Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib. Eyni zamanda o, Azərbaycan tərəfinin ölkəmizə dəymiş ziyanın müvafiq qiymətləndirməsini həyata keçirdiyini açıqlayıb: “Burada söhbət bir dövlətin məsuliyyətindən […]