Rusiya Prezidenti Nobel Komitəsinin qərarı ilə razı olmadığını deyib

DogruSozTv Az

Rusiya Prezidenti Vladimir Putin Nobel Komitəsinin qərarı ilə razı olmadığını söyləyib. Tacikistana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında çıxış edən Putin bildirib ki, Nobel Sülh Mükafatı ilə bağlı Komitənin qərarı mükafatın etibarına böyük ziyan vurub. “Nobel Komitəsi dəfələrlə sülh üçün heç bir iş görməyənlərə Sülh Mükafatı verib”, – Rusiya […]

Deputat məktəblərdə skuter və velosipedlərlə bağlı təlim keçirilməsini təklif edib

DogruSozTv Az

“Skuter və velosipedlərdən geniş istifadənin tərəfdarıyam”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, ancaq bir çoxları bu nəqliyyat növlərinə əyləncə kimi yanaşır: “Bəzən bu səbəbdən qəzalar baş verir. Təklif edirəm ki, Elm və Təhsil Nazirliyi bütün məktəblərdə təlimlər keçsin, bildirilsin ki, skuter […]

İsrail 11 HAMAS üzvünü azad edəcək

DogruSozTv Az

İsrail 11 HAMAS üzvünü azad edəcək. Bu barədə İsrail ordusunun radiosunda məlumat verilib. Bildirilib ki, razılaşmada 11 məhbusun “Fatah” təşkilatından seçilməsi nəzərdə tutulmuşdu, lakin son anda bu qərar dəyişdirilib və azad olunacaq məhbusların HAMAS-dan olması məqsədəuyğun hesab edilib. Qeyd edək ki, əldə olunan razılaşmaya əsasən HAMAS atəşkəsdən 72 saat sonra […]

Dövlət xidmətləri haqqında qanuna niyə ehtiyac yaranıb? – Deputat izah etdi

DogruSozTv Az

“Hər bir şəxs dövlət xidmətlərindən bu və ya digər şəkildə istifadə edir. Bu mənada xidmət sahəsində islahatlar hər zaman zəruridir. Bu sahədə təcrübələr ölkələrə və cəmiyyətlərə görə dəyişsə də ümumi yanaşmada peşəkar komandanın yaradılması, vətəndaş məmnunluğu və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi prinsipləri heç vaxt dəyişmir”. Bu sözləri Milli Məclsiin deputatı […]

Küçə və meydanlara ad verilməsi qaydası DƏYİŞİR

DogruSozTv Az

Prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.  Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”  qanun layihəsində öz əksini tapıb.  Qeyd edək ki,bundan əvvəl  prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib […]

Sabah Bakının əsas giriş yollarından biri BAĞLANIR

DogruSozTv Az

Oktyabrın 11-i saat 08:00-dan oktyabrın 12-si saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Sürücülərdən aparılan işlərə […]

Bakının bu ərazisində qaz KƏSİLƏCƏK

DogruSozTv Az

Bu gün Bakının Suraxanı rayonunun Hövsan südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar oktyabrın 10-da saat 10:00-dan işlər tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə qaz təchizatı dayandırılacaq.