Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir. Fevralın 17-də dövlətimizin başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.
Zəlzələ qurbanları Milli Məclisdə anıldı
Milli Məclisin bu gün keçirilən plenar iclasında qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olan şəxslərin xatirəsi anılıb. Milli Məclisin sədri Sahibə Qafarova bununla bağlı təşəbbüs irəli sürüb. Deputatlar bir dəqiqəlik sükutla zəlzələ qurbanlarını xatirəsini yad ediblər. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda […]
Naxçıvan aeroportunda yoxlamalar APARILIR
Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalara başlanılıb. Dgruxeber.info APA-ya istinadən xəbər verir ki, fevralın 15-dən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hava limanında maliyyə yoxlaması aparılır. Məlumatı qurumun direktor müavini Rafael İbrahimov da təsdiq edib. O bildirib ki, yoxlamalar mart ayının 18-dək davam edəcək.
Xilasedicilərimiz Kahramanmaraşdan Hataya YOLA DÜŞDÜ
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə olan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərindən Hataya yola düşüb. Qardaş ölkədə qeydə alınmış təbii fəlakətin aradan qaldırılması üçün FHN-in 114 nəfərdən ibarət şəxsi heyəti Hataya gedib. Eyni zamanda Hatay şəhərinə xilasedicilərlə yanaşı FHN-in xüsusi təlim keçmiş 2 […]
Bakı-Quba yolunda maşın mikroavtobusla toqquşdu – 3 ölü, 7 yaralı (YENİLƏNİB)
Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində yaralananlardan daha biri vəfat edib. Hadisə nəticəsində 3 nəfər ölüb. 7 nəfər isə yaralıdır. *** 09:47 Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin […]
Zəlzələ nəticəsində ölənlərin sayı 38 mini KEÇDİ
Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin sayı 38 mini keçib. Bu barədə qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət zamanı 38044 nəfərin həlak olduğu bildirilir. Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. […]
Günün havası – Duman, yağış, qar…
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, yağıntılı olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti […]
Laçın yolundakı aksiyanın 68-ci GÜNÜ
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış səkkiz gündür davam edir. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident […]
Bürclər bu günə nə deyir?
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.Qoç – Məhsuldar iş günüdür. İşlər çox olacaq, amma ruhdan düşməyin. Məşğul olduğunuz cari işlər, gerçəkdən də, önəmlidir. Darıxmayın, pərişanlığa qapılmaın. Gəlirləri artırmaq imkanları yaranır. Yeni işgüzar tərəfdaşlar tapmaq olar. Seçdiyiniz yoldan sapmayın, əməllərinizdə və qərarlarınızda […]
Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 31 il ötür
Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsinin 31-ci ili tamam olur. Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın […]