“Roskomnadzor” federal qanunvericiliyin tələbləri əsasında “Telegram”ın işini məhdudlaşdırmaqla bağlı qərar qəbul edib. Bu barədə rəqəmsal inkişaf naziri Maksut Şadaev bildirib. O qeyd edib ki, “Telegram” Rusiya Federasiyasından qadağan olunmuş məlumatları silmək üçün 150 min sorğuya məhəl qoymayıb.
ANAMA-nın əməkdaşı Xocalıda minaya düşüb
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Hadisə fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində qeydə alınıb. Bildirilib ki, ANAMA-nın əməkdaşı hadisə nəticəsində sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. V.Çobanov rayon mərkəzi […]
İlham Əliyev qambiyalı həmkarını milli bayramları münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev qambiyalı həmkarı Adama Barrouya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Qambiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan ilə Qambiya arasında sağlam təməllər üzərində qurulmuş münasibətlərin inkişafına böyük əhəmiyyət […]
Anar Əliyev Qobustanda vətəndaşları qəbul edəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev fevralın 27-də Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar fevralın […]
FHN-in mobil tətbiqi istifadəyə verilib
Rəqəmsal xidmətlərin inkişafı, o cümlədən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Elektron xidmətlər sisteminin mobil tətbiqi istifadəyə verilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, mobil tətbiq müvafiq xidmətlər üçün müraciət və cərimələrin qeydiyyatının avtomatlaşdırılmasını təmin edir. Bu sistem vasitəsilə vətəndaşlar tətbiqə daxil […]
Leyla və Arzu Əliyevalar Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışına qatılıblar
Tiranada Albaniyanın Baş nazirinin İqamətgahında MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb. Sərginin açılışında Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Tədbirdə çıxış edən Leyla Əliyeva ekspozisiyada yer alan rəsmlər, heykəllər və instalyasiyalar vasitəsilə sənətkarların təbiətin gücünü, gözəlliyini və kövrəkliyini nümayiş etdirdiyini vurğulayıb. O, bu sərginin təbiəti qorumaq məqsədilə sənətimizin […]
Ali təhsil müəssisələrinə qəbul imtahanına qeydiyyat prosesi başlayır
Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün (ərizə qəbulunun I mərhələsi) qeydiyyat prosesinə başlanılır. Bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-cı il ərzində keçiriləcək imtahanlar və qeydiyyat (cədvəldə göy rəngdə verilib) tarixləri haqqında məlumat cədvəlində öz əksini tapıb. Qeydiyyat prosesi martın 5-dək davam edəcək. Bundan əlavə, əvvəlki illərin […]
İran ABŞ-la əsas prinsiplər barədə razılığa gəlib
Biz ABŞ-la əsas prinsiplər barədə razılığa gəldik. Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi Cenevrədə ABŞ-la dolayı nüvə danışıqlarının ikinci turundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Şahbuzun Biçənək kənd yoluna qaya uçub
Yağan güclü qar və yağışlar nəticəsində Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda qaya uçqunu baş verib. “Report”un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində Zərnətün körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb. Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub. […]
Vardanyan cəzasına çatdı: Azərbaycan məhkəməsi sülhə qarşı çıxanlara dərs keçdi – ŞƏRH
Azərbaycana və vətəndaşlarına qarşı törətdiyi əməllərə görə Ermənistanın daha bir vətəndaşına fevralın 17-də hökm oxunub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri üzrə və başqa ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun qərar […]