Şahbuzun Biçənək kənd yoluna qaya uçub

Oxunma vaxtı:20 Saniyə

Yağan güclü qar və yağışlar nəticəsində Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda qaya uçqunu baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində Zərnətün körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.

Loading

Next Post

İran ABŞ-la əsas prinsiplər barədə razılığa gəlib

Biz ABŞ-la əsas prinsiplər barədə razılığa gəldik. Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi Cenevrədə ABŞ-la dolayı nüvə danışıqlarının ikinci turundan sonra jurnalistlərə açıqlamasında bildirib.