İslamabadda Pakistan Tibbi Elmlər İnstitutunun doğum şöbəsində baş verən yanğında 15 körpə ölüb. “Geo TV”nin xəbərinə görə, yanğının baş verdiyi vaxt həmin şöbədə 16 körpə olub. Hadisənin kondisionerin kompressorunun partlaması nəticəsində baş verdiyi bildirilir. Pakistan Baş naziri Şahbaz Şərif hadisə ilə bağlı başsağlığı mesajı yayımlayıb və məsələnin araşdırılması ilə bağlı […]
Prezident İlham Əliyev “Sabah”ı təbrik edib
Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib.Bu barədə Prezidentin “X” hesabında paylaşım edilib. “Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük […]
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2025-ci ili 1,304 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, İdarə 2024-cü ildən 1,193 milyon manat xalis zərərlə çıxmışdı. Ötən il “İçərişəhər”in əsas əməliyyat (satışdan) gəlirləri 6,29 milyon manat (əvvəlki ilə nisbətən 18,5 % çox), əsas əməliyyat xərcləri (satışının maya dəyəri) 4,164 milyon manat (12,8 […]
Bu gün Laçın Şəhəri Günüdür
Bu gün Laçın Şəhəri Günüdür. Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması […]
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.Mehriban Arif qızı Əliyeva – 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-ci ildə İ.M.Seçenov adına […]
“Tasnim”: Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb
İranın mövqeyi Pakistan tərəfinə açıq şəkildə çatdırılıb. APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Tasnim” mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, bəzi KİV-lərin yaydığı məlumatların əksinə olaraq, Pakistan ordusunun komandanı feldmarşal Asim Munir İrana ABŞ tərəfindən hər hansı təhdid və ya buna bənzər mesaj gətirməyib. Bildirilib ki, Asim Munirin […]
İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb
İranın Hörmüz boğazı ilə bağlı mövqe və şərtləri vasitəçi kimi Pakistana elan edilib. Bunu məlumatlı mənbə “Təsnim”ə açıqlayıb. “Ötən gün İrana səfər edən Pakistan ordusunun (Quru Qoşunların komandanı) komandanı Asim Munir Amerika tərəfindən təhdid və ya buna bənzər mesaj gətirməyib, əksinə o, danışıqlar mühitini açmaq istəyir”, – mənbə bildirib. O […]
Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır
Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edərək yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və imzalanan mühüm sənədlər iki ölkə arasındakı əlaqələrin strateji xarakterini bir daha təsdiqləyir. Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan […]
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi, Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, […]
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi eyni adlı QSC-yə çevrilib. Prezident İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, səhmdar cəmiyyəti Bakıdakı Dənizkənarı Milli Parkın mühafizəsi, onun ərazisinə nəzarət və idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi üzrə fəaliyyət göstərən dövlətə məxsus kommersiya hüquqi şəxsidir. Paytaxtdakı […]