Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib

Baş prokuror Şirvan şəhərində vətəndaş qəbulu keçirib. Bu barərdə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün Baş prokuror Kamran Əliyev Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonundan olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində […]

6 mindən çox şəxs eksternat imtahanda iştirak edəcək

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib. Bu barədə Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. […]

Azərbaycanda sabit internetin sürəti artıb

2025-ci ilin dekabr ayında Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 88,83 Mb/s, mobil internetin median sürəti isə 87,92 Mb/s olub. Bu, “Ookla” şirkətinin “Speedtest Global Index” hesabatında öz əksini tapıb. Noyabr ayı ilə müqayisədə dekabrda sabit genişzolaqlı internetin həcmi 2,68 MB/s və ya 3,11%, mobil internetin sürəti isə 4,55 Mb/s […]

Milli Məclisdə uşaq hüquqlarına dair müzakirələr keçiriləcək

Milli Məclisdə uşaq hüquqlarının müdafiəsi istiqamətində mövcud vəziyyətlə bağlı müzakirələr keçiriləcək. Bu, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsində əksini tapıb. Yaz sessiyası dövründə gender (kişi və qadınların) bərabərliyinin təmin edilməsi üzrə hüquqi bazanın təkmilləşdirilməsi […]

KİV: Körfəz üçlüyü Trampı İrana şans verməyə inandıra bilib

Səudiyyə Ərəbistanı, Qətər və Oman ABŞ Prezidenti Donald Trampı İrana hücum etməməyə inandıra bilib. Bu barədə AFP-yə yüksək rütbəli Səudiyyə Ərəbistanı rəsmisi bildirib. O qeyd edib ki, “Körfəz üçlüyü uzun və həyəcanlı diplomatik səylərə rəhbərlik edib”. Rəsminin sözlərinə görə, məqsəd Donald Trampı “İrana şans verməyə inandırmaq” olub. Mənbə, həmçinin, əlavə […]

Ombudsman Aparatı reabilitasiya mərkəzlərinin fəaliyyəti ilə bağlı təkliflərini dövlət qurumlarına göndərəcək

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında “Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən “Qurtuluş” reabilitasiya mərkəzində monitorinq keçirilib.Bu barədə Ombudsman Aparatı məlumat yayıb. Məqsəd mərkəzdə saxlanma şəraiti, rəftar məsələlərinin araşdırılması və reabilitasiya prosesinə cəlb […]

Yasamal və Suraxanı rayonlarının bəzi ərazilərində qaz olmayacaq

Paytaxtın Yasamal və Suraxanı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq. Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmalarının aradan qaldırılması işləri ilə əlaqədar 16.01.2026-cı il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Danimarka MN: ABŞ-ın Qrenlandiyaya hücumu baş verərsə, hərbçilər atəş açacaq

Danimarka Müdafiə Nazirliyi ABŞ silahlı qüvvələrinin Qrenlandiyaya hücumu baş verərsə, ölkə hərbçilərinə cavab atəşi açmaq icazəsi verildiyini açıqlayıb. Bu barədə müdafiə nazirliyin nümayəndəsi Tobias Roed Yensen “The Intercept” nəşrinə müsahibəsində bildirib. “Danimarka silahlı qüvvələri ölkə ərazisini qorumağa borcludur. Bu isə zərurət yarandığı halda dərhal müdafiə tədbirlərinin görülməsini, o cümlədən cavab […]

Havanın temperaturu 8 dərəcə enəcək, sulu qar, qar yağacaq – XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yay. “Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir”, – Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O […]