Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə telefon danışığı aparıb, ikitərəfli və regional məsələləri müzakirə ediblər. Bu barədə Türkiyə Prezident Administrasiyası “X” sosial şəbəkə hesabında məlumat yayıb. Ərdoğan görüş zamanı 23 avqustda Qazaxıstanda keçirilən Qurultay seçkiləri münasibətilə Tokayevə təbriklərini çatdırıb və seçkilərdə iştirak nisbətinin yüksək olmasının aparılan […]
Haaqada “Bosniya qəssabı” Ratko Mladiç ölüb
Bosniya və Herseqovinada törətdiyi hərbi cinayətlərə görə cəza çəkən Bosniya serblərinin generalı Ratko Mladiç bu gün 84 yaşında ölüb. Bu barədə Serbiya mediası məlumat yayıb. Qeyd olunur ki, o, BMT-nin Haaqadakı istintaq təcridxanasında vəfat edib. Mladiç Bosniya və Herseqovinada müharibə dövründə Serb Respublikası Ordusunun Baş Qərargahının keçmiş generalı və komandanı […]
Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib
Xarici İşlər Nazirliyi (XİN) 27 avqust tarixində günorta radələrində Azərbaycanın Rusiya səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyib. Bu barədə Azərbaycan XİN-in məlumatında qeyd edilib. Bildirilib ki, bu qəbuledilməz təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə yanaşı, son dövrlərdə Rusiyanın bir […]
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb – SƏRƏNCAM
UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qeyd edək ki, “Sabah” avqustun 25-də UEFA Çempionlar Liqasının […]
Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək
Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var
Rusiya ordusu Xarkovda ticarət mərkəzinə dron zərbəsi endirib. “Ukrainskaya Pravda“nın xəbərinə görə, hadisə nəticəsində 40 yaşlı kişi ölüb. Daha 4 nəfərin xəsarət aldığı bildirilir.
Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir
“İxtisas seçimi öncəsi dəfələrlə qeyd edirdik ki, ötən ilin keçid balı builki keçid balının göstəricisi və ya təminatı kimi qəbul edilməməlidir. Keçid balı əvvəlcədən müəyyən edilmir. O, konkret ildə həmin ixtisasa neçə nəfərin, hansı nəticələrlə müraciət etməsindən və neçə plan yerinin olmasından asılı olaraq müsabiqənin sonunda formalaşır”. Bu barədə Dövlət […]
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub – SİYAHI
Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata endirilib. “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov APA-ya açıqlamasında bildirib ki, bu il jaketlərin qiyməti də 30 manatdan 20–22 manata endirilib. Qeyd edilib ki, həmin endirimli qiymətlər cari […]
Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 1-də qeyd olunan ölkənin müstəqilliyinin 35-ci ildönümü ilə əlaqədar 852 məhkumu əfv edib. Bu barədə Özbəkistan mediası məlumat yayıb. Onlardan 604 nəfər cəzadan tam azad edilib, 115 nəfər vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. 52 nəfərin cəzası yüngülləşdirilib, 81 nəfərin həbs müddəti isə azaldılıb. Əfv […]
İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik
Azərbaycan Prezidenti İlham Əliyev moldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb.Təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq […]