Çimərlik futbolçularımız Almaniyanı məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. “Unikal” xəbər verir ki, yığmamız B qrupunun II matçında Almaniya kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Əvvəlki görüşdə İtaliyaya 3:7 hesabı ilə uduzan komanda iyulun 3-də İspaniya ilə qarşılaşacaq.

Prezident İlham Əliyev “Təmiz Şəhər” ASC ilə bağlı Fərman verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Bu barədə AZƏRTAC məlumat yayıb.  Sənəddə qeyd olunur:  “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında tullantıların […]

Vladislav Kondratyev: “Zəngəzur dəhlizi bütün Xəzəryanı ölkələr üçün maraq doğurur”

Zəngəzur dəhlizi bütün Xəzəryanı ölkələr üçün maraq doğurur. Bunu Oxu.Az-a açıqlamasında rusiyalı politoloq, “Kaspiyskiy Vestnik” informasiya-analitik portalının redaktoru Vladislav Kondratyev bildirib. O, qeyd edib ki, bu dəhliz həm də Bakı-Tbilisi-Qars marşrutuna alternativdir. “Zəngəzur dəhlizi bir az da cənuba, İranla sərhəddən və Ermənistandan keçəcək. Bu, bütün Xəzəryanı ölkələr üçün maraq doğurur. […]

Səfər Mehdiyev vətəndaşların problemlərini yerindəcə həll etdi – FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. “Unikal” xəbər verir ki, iyulun 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində Qobustan və […]

“Müharibə veteranlarının müavinəti artırılmalıdır” – Deputat

“Şəhid ailələri, qazilər və müharibə veteranlarına diqqəti artırmalıyıq. Bu sahədə müəyyən nöqsanlarımız var”. Bunu “Unikal”a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, müharibə veteranlarına verilən müavinət azdır: “Bu məbləğin artırılmasına ehtiyac var. Bir məsələni də nəzərə almaq lazımdır ki, hazırda Qarabağda böyük quruculuq işləri gedir. Bu işlərin görülməsinə böyük vəsait […]

Gəncə Şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib – SİYAHI

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə Prezident.az məlumat yayıb. Sərəncama əsasən:  1. Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib. 2. Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi […]

General-mayor rütbəsi alanlar kimlərdir? – FOTO

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dörd zabitinə polis general-mayoru ali xüsusi rütbəsi verilib. Rütbə alan Daanov Canpolad Alı oğlu Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisidir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Daxili İşlər Nazirliyinin […]

İranla sərhədlər iki ay müddətinə bağlanır? – YENİLƏNİB + AÇIQLAMA

zərbaycan Dövlət Sərhəd Xidməti sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlayacağına dair paylaşımlara münasibət bildirib. “Hazırda vətəndaşların sərhəd buraxılış məntəqələrində dövlət sərhədindən buraxılışı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli 232 nömrəli qərarına uyğun olaraq həyata keçirilir”, – deyə qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib. […]

Metroda təhlükəyə görə qatar xətdən ÇIXARILDI

“İçərişəhər-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının işarəvermə sistemi işə düşüb. “Unikal” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Maşinist təlimat tələbinə uyğun olaraq, sərnişinləri “Sahil” stansiyasında düşürüb və yoluna davam edib. Qatarda hər hansısa problem müşahidə olunmasa da, təkrar yoxlama üçün qatar xətdən çıxarılıb. […]

“Qonşu ölkələrdə vəba təhlükəsi var”- Səhiyyə naziri

“Sərhəd bölgələrində və qonşu ölkələrdə vəba təhlükəsi var”. “Unikal” xəbər veri ki, bu barədə İranın səhiyyə naziri Bəhrəm Enullahi jurnalistlərə açıqlamasında deyib:  “Hələ ki, vəba ilə bağlı ciddi statistikamız yoxdur”. İndiyədək 40-a yaxın hadisə qeydə alınıb. Sərhəd bölgələrində və qonşu ölkələrdə vəba təhlükəsi var. Tərəvəz vasitəsilə yoluxduğu üçün tərəvəzləri düzgün yumaqla xəstəliyə […]