Sloveniya Prezidenti Azərbaycan liderini təbrik edib

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sloveniya Respublikasının xalqı adından və öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm. Ölkələrimiz arasındakı davamlı konstruktiv əməkdaşlıq və dostluq münasibətlərindən çox məmnunam. Əminəm ki, qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əlaqələrimizi […]

Sankt-Peterburqda hərbi zavodun yaxınlığında böyük yanğın baş verib, 4 nəfər ölüb

Sankt-Peterburqda “Arsenal” zavodunun yaxınlığında anqarda böyük yanğın baş verib. Yanğın nəticəsində dörd nəfər ölüb. Bildirilib ki, Mineralnaya küçəsindəki anqarda 8 iyun axşamı başlayan yanğın təxminən 1500 kvadrat metr sahəni əhatə edib. Yanğın 24 saat ərzində söndürülüb. Stansiyadakı Oktyabr Dəmir Yolu infrastrukturuna ziyan dəyib. Çökmüş hasarın altında iki nəfərin, anqarda isə […]

Sankt-Peterburqda yanğında dörd nəfər ölüb

Rusiyanın Sankt-Peterburq şəhərində anqarda 400 kv.m sahədə baş vermiş yanğın yerində dörd nəfərin meyiti aşkar edilib. Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib. “Hadisə yerində dağıntılar təmizləndikdən sonra dörd meyit aşkarlanıb. Onardan ikisi uçmuş hasarın altında, daha ikisi isə anqarda tapılıb”, – mənbə bildirib. Müxtəlif dərəcəli xəsarətlər almış iki nəfər xəstəxanaya […]

Qəbul imtahanlarının II cəhdində iştirak üçün 71 890 nəfər qeydiyyatdan keçib

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi bitib, 71 890 nəfər qeydiyyatdan keçib. Onlardan 63 927-i nəfəri Azərbaycan bölməsi, 7963 nəfəri isə ingilis bölməsi üçün müraciət edib. I ixtisas qrup üzrə qeydiyyatdandan keçənlərin 22 296 nəfəri Azərbaycan bölməsi, […]

DİN: Qanunsuz saxlanılan silah insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər

Polis əməkdaşları tərəfindən ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlik vətəndaşlara qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada […]

Tramp: Yaxın Şərqdəki münaqişənin həlli başa çatmaq üzrədir

Yaxın Şərqdəki münaqişənin həlli başa çatmaq üzrədir. Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib. “Biz nüvə silahının mövcudluğuna heç bir halda yol verməyəcək çox yaxşı sazişin bağlanmasının yekun mərhələsindəyik. Boğaz dərhal açılacaq. O, saziş imzalandıqdan dərhal sonra açılacaq ki, bu da iki-üç gün ərzində baş verə bilər”, – Tramp […]

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,61 ABŞ dolları və ya 0,61 % artaraq 100,09 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 98,66 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki, səfər çərçivəsində C. Bayramovun 10 iyun tarixində Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Bakıda nəqliyyatın sıxlığı müşahidə olunan yollar açıqlanıb

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; […]

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

İstanbulda keçirilmiş Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının 10-cu Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həımkarı Maka Boçorişvili ilə görüşüb və birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və C. Bayramovun “X” sosial şəbəkə hesablarlında məlumat […]