Ucar məktəbində bıçaqlanma – Xəsarət alan var

Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.Hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9-cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib. Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən […]

“Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb

“Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb, zərərçəkənlər istintaq materiallarıilə tanış olurlar. Bu barədə vəkil məlumat verib. Qeyd edək ki, ötən il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində “Piknik” qrupunun konserti başlamazdan əvvəl bir neçə nəfər “Crocus City Hall”a girərək ziyarətçilərə və işçilərə atəş açıb. […]

Trampdan cinsini dəyişən kişilərə daha bir zərbə – Sərəncam verdi

ABŞ prezidenti Donald Tramp gender dəyişikliyindən keçən kişilərin qadınların idman yarışlarında iştirakını qadağan edən sərəncam imzalayıb. Tramp sərəncam imzalamazdan əvvəl etdiyi çıxışda deyib: “Bundan sonra qadın idmanı yalnız qadınlar üçün olacaq”. Tramp deyib ki, imzaladığı sərəncam bioloji kişilərin qadın idmanında iştirakına icazə verən Amerika məktəblərində araşdırmalar açacaq. Bundan əlavə, Trampın […]

Lerikdə qarın hündürlüyü 21 sm-ə çatıb – FAKTİKİ HAVA

Bəzi yerlərdə hava şəraiti arabir yağıntılı keçib, Lənkəran-Astara zonasında intensiv olub. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, saat 09:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Lənkəranda 133, Astarada 86, Ağdamda 5, Biləsuvarda 4, Neftçala, Tərtərdə 2, Cəlilabad, Beyləqan, Şahbuz, Salyan, Naftalan, Balakən, Zaqatala, Oğuz, İsmayıllı, Quba, Qusar, […]

Brüsseldə atışma baş verib, bir neçə metrostansiya bağlanıb

Brüsseldə fevralın 5-də mərkəzi Klemonso stansiyasında baş verən atışmadan sonra bir neçə metro stansiyası bağlanıb. Bu barədə “Reuters” Belçika prokurorluğuna istinadən məlumat verib. Agentliyin məlumatına görə, şübhəlilər atışmadan sonra metro tunellərinə qaçıblar. Xəsarət alan olmayıb. Polis hadisənin narkotiklərlə bağlı ola biləcəyi versiyasını araşdırır.

Türkiyə XİN başçısı: ABŞ-nin tezliklə Ukrayna ilə bağlı təşəbbüslərini gözləmək olar

Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan iyuna qədər Ukraynada münaqişənin həlli ilə bağlı, o cümlədən ABŞ-dən müəyyən təşəbbüslərin olacağını gözləyir. O bu barədə “Anadolu” agentliyinə müsahibəsində bildirib. “Yaxın zamanda ABŞ tərəfindən təşəbbüsün olacağını gözləyə bilərik. Əlbəttə, Tramp və Rusiya Prezidenti Vladimir Putin görüşməlidir. Lakin bu görüş baş tutmazdan əvvəl, […]

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşir

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşir. Bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur. Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat […]

İmişli və Saatlının qaz təchizatında fasilə yaranacaq

Bu gün İmişli və Saatlı rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Birliyin “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərinin 80-ci km-də “Hacıqabul-Horadiz” avtomobil yolu ilə kəsişən hissədə əmələ gəlmiş qaz sızmasının ləğvi ilə bağlı […]

KİV: Ermənistanda hakim partiya növbədənkənar seçkilərə hazırlaşır

Ermənistanın hakim “Mülki müqavilə” partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır. Bu barədə “Iravunq” qəzeti partiya mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, baş nazir Nikol Paşinyan özü bunu bir neçə silahdaşına dolayısı ilə deyib. Paşinyan bildirib ki, onlar fövqəladə hallarda hakimiyyəti istənilən an əldə saxlamağa hazır olmalıdırlar. “O, hətta ən pis […]

Kamran Əliyev: Özəl sektorun fəaliyyətinə heç bir müdaxilə edilməməsinə çalışırıq

Özəl sektorda fəaliyyət göstərən şirkətlər bəzən baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğa müraciət etmək istəmirlər. Bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib. K.Əliyev əlavə edib ki, Baş Prokurorluq onların müdafiəçisi qismindədir: “Prokurorluq qanunların dəqiq və dürüst icra olunmasına nəzarət edən qurumdur. Özəl sektorla bağlı müraciətlərlə bağlı açıq […]