“Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır

Bu ilin aprel ayından “Uzbekistan Airways” şirkəti Daşkənddən Bakıya və əks istiqamətdə uçuşların sayını həftədə 4 dəfəyə çatdıracaq.Bu barədə aviaşirkət məlumat yayıb. “Hazırda Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə uçuşlar çərşənbə axşamı, cümə axşamı və bazar günləri həyata keçirilir. Apreldən həftəlik uçuşların sayı həftədə 4 dəfə olacaq”, – deyə məlumatda qeyd olunub.

Şolts və Paşinyan Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər

Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər. Bu barədə Ermənistanın Baş naziri məlumat paylaşıb. O bildirib ki, görüş çərçivəsində Almaniya-Ermənistan ikitərəfli gündəliyindəki əsas məsələləri, həmçinin Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlığının perspektivlərinə diqqət çəkilib. “Ermənistan-Azərbaycan normallaşma prosesinin hazırkı mərhələsinə də toxunduq”, – Paşinyan […]

Nərimanovda beşmərtəbəli binada yanğın başlayıb

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verib. Bu haqda FHN Mətbuat xidməti məlumat yayıb Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 16-17-də Bakıda və Abşeron yarımadasında, Qobustan, Neftçala, Lerik, Yardımlı, Astara, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Oğuz, Mingəçevir, Yevlax, Kəlbəcər, Zəngilan, Laçında qərb küləyi əsəcək, […]

Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasimlərinin tarixi açıqlanıb

Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi fevralın 16-da keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub: “Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, […]

İran XİN: Suriyanın yeni rəsmilərindən mesajlar almışıq

İran İslam Respublikası dolayısı ilə Suriyanın hazırkı rəsmiləri ilə əlaqə saxlayır Bu barədə İran xarici işlər nazirinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Rza Rauf Şeybani bildirib. Onun sözlərinə görə, İran dolayı yolla Suriyanın hazırkı rəsmiləri ilə əlaqə saxlayır və Suriya rəsmilərindən də mesajlar alıb.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,24 ABŞ dolları və ya 0,31% azalaraq 76.61 ABŞ dollarına çatıb. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,85 ABŞ dolları təşkil edib.

Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov Şirvan şəhərində vətəndaşları qəbul edib. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin […]

Bayraktar qardaşları milyarderlər siyahısında

“Forbes” biznes jurnalı dünyanın ən zəngin insanları siyahısını yeniləyib. Siyahıda diqqət çəkən adlar arasında Türkiyədən olan Bayraktar qardaşları da olub. “Baykar Technology” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar şirkətdəki 52,5 faiz payı sayəsində şəxsi sərvətini 1,8 milyard dollara yüksəldib. Bu rəqəmlə Selçuk Bayraktar Türkiyənin 15-ci ən varlı adamı olub. “Baykar […]

KXDR: ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər

ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər. Bu barədə KXDR Müdafiə Nazirliyinin nümayəndəsi amerikalı hərbçilərin Pxenyandan gələn təhlükə ilə bağlı bəyanatlarını şərh edərkən bildirib. “Əgər Birləşmiş Ştatlar həqiqətən öz ərazisinin təhlükəsizliyi ilə bağlı narahatlıq hiss edirsə, o zaman onu yüngülləşdirməyin yeganə yolu hərbi təhdidlərdən və müstəqil […]