Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasimlərinin tarixi açıqlanıb

Oxunma vaxtı:19 Saniyə

Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi fevralın 16-da keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub:

“Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimi zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”.

Loading

Next Post

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 16-17-də Bakıda və Abşeron yarımadasında, Qobustan, Neftçala, Lerik, Yardımlı, Astara, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Oğuz, Mingəçevir, Yevlax, Kəlbəcər, Zəngilan, Laçında qərb küləyi əsəcək, […]