Yevlaxda 32 yaşlı Əhməd Nəsibovun güllələnərək qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Hadisəni törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Saleh Əliyevin ANAMA əməkdaşı olduğu məlum olub. Bildirilib ki, o, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı vəzifəsində çalışıb. Cinayətdə istifadə etdiyi “Makarov” markalı tapançanı da […]
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, 50 yaşlı F.Nağıyev 2018-ci ildən Dövlət Turizm Agentliyinin sədridir.
Baş prokuror Beyləqanda vətəndaşları qəbul edib
Baş prokuror Kamran Əliyev martın 4-də Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, Füzuli, İmişli, Sabirabad, Saatlı, Xocavənd, Cəbrayıl rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qəbulda iştirak edən 25 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə […]
Azərbaycanda Avrasiya Dağ Turizmi Forumu keçirilir
Bu gün Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-də Avrasiya Dağ Turizmi Forumu keçirilir. “Report”un Şahdağa ezam olunmuş müxbiri xəbər verir ki, tədbir Avrasiya Dağ Kurortları Alyansının və səhmdar cəmiyyətinin təşkilatçılığı ilə “Avrasiyada dağ turizminin perspektivləri və imkanları” mövzusunda təşkil olunub. Forumda Agentliyin rəsmiləri, Alyansa daxil olan Azərbaycan, Qazaxıstan, […]
Azərbaycanlı alim həll etdiyi tənliyin aviasiyada və digər sahələrdə istifadə oluna biləcəyini açıqlayıb
“Navye Stoks bərabərliyi” tənliyinin həlli aviasiyada və digər bir çox sahələrdə istifadə oluna bilər. Bu barədə azərbaycanlı professor Kamal Sultanov AMEA-da tənliklə bağlı keçirilən təqdimatda məlumat verib. Onun sözlərinə görə, uun uzun illərdir həlli tapılmayan “Navye Stoks bərabərliyi” tənliyinin həlli haqqında məqaləsi “Springer” beynəlxalq elmi jurnalında çap edilib: “Təxminən 40 […]
Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana dövlət səfərinin nəticələrini hökumət üzvləri ilə müzakirə edir. Bu barədə Pakistan hökumətinin X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib. “Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycana son səfərinin nəticələri ilə bağlı icmal iclası keçirir”, – iclasdan videogörüntülərlə müşayiət olunan məlumatda qeyd edilib. Bildirilib ki, Şərifin […]
“AlfaSığorta” AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
Rusiyanın “AlfaSığorta” şirkəti “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Qazaxıstanın Katau şəhəri yaxınlığında qəzaya uğramış “Embraer 190” markalı sərnişin təyyarəsinə görə tam sığorta ödənişini həyata keçirib. Bu barədə “İnterfaks”a “AlfaSığorta”nın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnik məlumat verib.
Ali Məhkəmədən vərəsələr arasındakı mübahisəyə dair mühüm qərar qəbul edib
Azərbaycan Respublikasının Ali Məhkəməsi vərəsələr arasında ixtilafların həll edilməsi zamanı vərəsəlik şəhadətnamələrinin hüquqi əhəmiyyətinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Bu barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi məlumat yayıb. Bildirilib ki, işin hallarına görə, iddiaçı miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və eyni tarixli mülkiyyət […]
FHN od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, bu gün xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Od çərşənbəsini qeyd edir: “Bu çərşənbədə keçirilən mərasimlərdə, xüsusilə tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi bayram […]
Bu gün Novruzun ikinci – Od çərşənbəsidir
Bu gün Novruzun ikinci – Od çərşənbəsidir. Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli […]