32 yaşlı kişini güllələyən ANAMA əməkdaşı imiş

Oxunma vaxtı:47 Saniyə

Yevlaxda 32 yaşlı Əhməd Nəsibovun güllələnərək qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Hadisəni törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Saleh Əliyevin ANAMA əməkdaşı olduğu məlum olub.

Bildirilib ki, o, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı vəzifəsində çalışıb. Cinayətdə istifadə etdiyi “Makarov” markalı tapançanı da Qarabağda fəaliyyət göstərdiyi vaxt əldə edərək qeyri-qanuni olaraq özünə götürüb.

Araşdırmalar zamanı o da məlum olub ki, Salehin küçədə güllələyərək öldürdüyü Əhməd Nəsibov “TikTok” sosial şəbəkəsindən aktiv istifadə edibmiş. Onun bir neçə azyaşlıya qarşı qeyri-etik hərəkətlər və təkliflər etdiyi qeyd olunub.

Saleh Əliyev də qisas zəminində iş yerini tərk edərək Yevlaxa gedib və ictimai yerdə Əhmədi yaxalayaraq onun başından atəş açmaqla qətlə yetirib.

Şəki Ağır Cinayətlər Məhkəməsi S.Əliyevi Cinayət Məcəlləsinin 120.2.4, 221 və 228-ci (120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, xuliqanlıq, qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilib. Ona 17 il həbs cəzası verilib.

Loading

Next Post

Rəşad Nəbiyev Samuxda vətəndaş qəbulu keçirdi - Fotolar

Martın 4-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Samux şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl rayonları və Gəncə şəhər sakinlərini qəbul edib. Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və […]