Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur. Bununla bağlı Səhiyyə Nazirliyi sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə müraciət edib. Müraciətdə bildirilib ki, […]
Azərbaycan avtovağzalları gücləndirilmiş iş rejiminə keçir
Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 5-9 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb . AYNA şəhərlərarası və […]
Məsud Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
İran Prezidenti Məsud Pezeşkian iyunun 3-də bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib. Bu barədə məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, Məsud Pezeşkian ölkəsinin yeni səfirlərinin yolasalma mərasimində müxtəlif ölkələrlə əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsindən bəhs edib: “Siz səfirlər İran İslam Respublikasının dünya ilə münasibətlərinin və […]
Ukrayna Təhlükəsizlik Xidməti: Krım körpüsü partladılıb
Ukrayna Təhlükəsizlik Xidməti növbəti əməliyyat keçirərək Krım körpüsünə zərbə endirib. Bu barədə Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Təhlükəsizlik Xidmətinin məlumatına görə, əməliyyat bir neçə ay davam edib. Əvvəlcə xidmətin agentləri Krım körpüsünün dayaqlarını minalayıblar, bu gün isə yerli vaxtla səhər saat 04:44-də birinci partlayıcı qurğu işə salınıb. Mülki əhali […]
“Azneft”: Quyu sayının azaldılması əməliyyat xərclərini optimallaşdıracaq
Quyu sayının azaldılması ilə əsas xərclərin azalması gələcəkdə əməliyyat xərclərinin də optimallaşdırılmasına şərait yaradacaq. Bunu Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Hasilat […]
Azərbaycanın Keniyada səfirliyi açılıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Keniyanın Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşü çərçivəsində Azərbaycanın Nayrobidəki səfirliyinin açılış mərasimində iştirak edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial media hesabında məlumat yayılıb. Bildirilib ki, xarici işlər nazirləri diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya […]
Azərbaycanda elektrik və qaz tariflərinin 3 dəfə azaldılması təklif olunur
Azərbaycanda sərhədyanı kəndlərə Böyük qayıdışı təmin etmək üçün elektirk və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir. Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında – qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib. “Ölkəmizdə 4 244 kənd var. Bu böyük […]
Gürcü nazir müavini: “Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır”
Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır.Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” panel müzakirəsində bildirib. Onun sözlərinə görə, Gürcüstanla […]
Ruben Vardanyanın məhkəmə prosesi davam etdirilir
Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan […]
Ali Məhkəmə: Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsin qanun çərçivəsində müflis elan olunması mümkün deyil
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. İşin hallarına görə, fiziki şəxs kommersiya fəaliyyəti nəticəsində yaranmış borcları əsas götürərək məhkəməyə müflis elan olunmaq üçün müraciət edib. Ərizəçi fərdi sahibkar kimi qeydiyyata alınmayıb. Birinci və apellyasiya instansiyası məhkəmələri ərizəçinin borc öhdəliklərini yerinə yetirmək qabiliyyətinin olmadığı barədə […]