Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulması ilə bağlı dəyişikliklər ilk oxunuşda qəbul edilib

Milli Məclis maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulması haqqında dəyişiklikləri ilk oxunuşda qəbul edib. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın […]

Parlament Azərbaycanla Ruanda arasında hava əlaqəsinin qurulmasına dair sazişi ratifikasiya edib

Milli Məclis Azərbaycanla Ruanda arasında hava əlaqəsinin qurulmasına dair sazişi ratifikasiya edib. Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Deputatlar İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsünü dəstəkləyib

Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü minlərlə ailəyə sevinc gətirəcək. Bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bugünkü plenar iclasında deyib. “Bu, minlərlə ailəyə sevinc gətirəcək addımdır. Dövlət başçısının təşəbbüsünü dəstəkləyirəm”, – o qeyd edib. Milli Məclisin digər üzvü Bəhruz Məhərrəmov isə bildirib ki, Azərbaycan liderinin amnistiya elan […]

İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısının müraciəti Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov səsləndirib. Müraciətdə deyilir: “Hörmətli Qurultay iştirakçıları! Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında salamlayıram. Azərbaycan həmkarlar ittifaqları çoxşaxəli fəaliyyəti, əmək münasibətlərinin […]

Babək Quliyev UEFA-dan təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb. O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin VI turunda keçiriləcək “Sparta” (Çexiya) – “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq. Qarşılaşma dekabrın 18-də Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq.

Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir – AÇIQLAMA

Moskva Zəngəzur dəhlizi təşəbbüsünün parametrləri və Rusiyanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələrə hazırdır. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin bu barədə bildirib. O, Zəngəzur dəhlizinin bir hissəsinin Ermənistandakı Rusiya sərhədçilərinin nəzarət etdiyi ərazidən keçdiyini xatırladıb.  “Əsasən, qarşımızda üçtərəfli işçi qrupu (Overçuk-Qriqoryan-Mustafayev) çərçivəsində razılaşdırılmış […]

Azərbaycan neftinin qiyməti 64 dollardan aşağı enib

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,7 ABŞ dolları və ya 1,1% azalaraq 63,73 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,43 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin […]

Masazırırın bəzi ərazilərində bu gün elektrik enerjisi olmayacaq

Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. “Azərişıq”dan verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq 16 dekabr tarixində saat 10:00-dan saat 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Qaçaq […]

Amnistiya barədə qərar layihəsi sabah MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsi sabah parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılacaq. APA-nın xəbərinə görə, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə […]

Tələbə universitetin mənfi II mərtəbəsinə yıxıldı – Xəstəxanalıq oldu

Azərbaycan Universitetində döşəmənin çökməsi, 18 yaşlı tələbənin yıxılaraq xəsarət alması ilə bağlı məlumat yayılıb.BiG.AZ Anews.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində tələbə döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub..Hadisə ilə bağlı Azərbaycan Universitetindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Universitetdə […]