WSJ: İranın yeraltı anbarlarda minlərlə raketi var

İranın minlərlə raketi var və məhv edilən raket buraxılış məntəqələrini bərpa etməyə qadirdir. Bunu ABŞ kəşfiyyatı müəyyənləşdirib. “İranın hələ də yeraltı anbarlarda yerləşən qurğulardan istifadə edərək buraxa biləcəyi minlərlə ballistik raketi var”, – məlumatda bildirilib və əlavə olunub ki, ABŞ kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan amerikalı rəsmilər İranın raket buraxılış […]

Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çin Xalq Respublikasına səfər edib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü” keçirilib. Görüşdə ölkələri arasında hərbi əməkdaşlığın cari […]

Rayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 11-i axşam və 12-də, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ […]

MİDA-nın bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib

Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.Bu barədə Prezident İlham Əliyev Agentliyin 10 illiyi münasibətilə Sərəncam imzalayıb. Təltif olunan əməkdaşlar aşağıdakılardır: Qədimov Çingiz Sahib oğlu Məmmədov Elşad Pənah oğlu Salmanov Azər Ağababa oğlu Şərifov Rizvan Həmid oğlu Şiriyeva Kəmalə Məzahir qızı. Onlar vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində […]

Zelenski: Türkiyə, Böyük Britaniya və Ukrayna Aİ-nin təhlükəsizliyini gücləndirə bilər

ABŞ NATO-dan çıxacağı təqdirdə Avropa İttifaqı (Aİ) öz təhlükəsizlik arxitekturasını dəyişməli olacaq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O qeyd edib ki, Rusiyanın 2030-cu ilə qədər ordusunun sayını 2,5 milyon nəfərə çatdırmaq cəhdini nəzərə alsaq, təhlükəsizliyi təmin etmək üçün Aİ-yə əlavə ölkələr lazımdır: “Əgər ABŞ həqiqətən də NATO-dan çıxmaq […]

Həlak olan minatəmizləyənlərin övladlarının təhsilhaqlarının dövlət hesabına ödənilməsi təklifi ilk oxunuşda qəbul edilib

Milli Məclis minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsilhaqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini ilk oxunuşda qəbul edib. Bununla bağlı Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, qanun layihəsi minatəmizləmə fəaliyyəti […]

Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar ilk oxunuşda qəbul edilib

Milli Məclis terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzaları ilk oxunuşda qəbul edib. Bununla bağlı Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunur ki, bu da […]

İçərişəhər qoruğu: Qala divarında baş vermiş qismən dağılma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülür. “Report”un məlumatına görə, bu barədə İdarənin Mətbuat Xidmətindən bildirilib. Bildirilib ki, mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək: “Bu tədbirlər zədələnmiş […]