Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib. Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə İ. Rzayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət […]
ABŞ hərbi zərbələr endirəcək – Hədəflər açıqlandı
ABŞ prezidenti Donald Trampın administrasiyası Venesueladakı bir sıra hərbi obyektlərə hava zərbələri endirmək barədə qərar qəbul edib. “Miami Herald” nəşrinin məlumatına görə, əməliyyatlar yaxın günlərdə, bəlkə də bir neçə saat ərzində həyata keçirilə bilər. Mənbələrin bildirdiyinə görə, zərbələrin əsas hədəfi “Cartel de los Soles” adlı narkotik kartelinin istifadə etdiyi hərbi […]
Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olundu – FOTOLAR
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu dünyaya gəldiyi Neftçala rayonunun Qaçaqkənd kəndində dəfn olunub. 31 oktyabr 2025-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu ailəsinin yaşadığı Qaçaqkənd kəndində vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhid […]
Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək – Hikmət Hacıyev
Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək potensialına malikdir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib. “Biz inanırıq ki, Zəngəzur dəhlizi təkcə bizim bölgəmiz üçün deyil, həm də daha geniş Avrasiya məkanında […]
İran pulu sürətlə “batır”
İranın Mərkəzi Valyuta Bazarındakı xəbərlər bu ölkədə milli pulun sürətlə dəyərdən düşdüyünü təsdiqləyir. 1 ABŞ dolları bu gün İranın sərbəst bazarında 108.200 tümənə satılır. 1 ABŞ dolları dünən 106.200 tümənə satılıb.
Azərbaycanda “Halloween” məhsulları neçəyədir? – QİYMƏTLƏR
Hellouin artıq Azərbaycanda da qeyd olunur. Son illərdə paytaxtdakı mağaza və əyləncə məkanlarında bu bayrama maraq artıb. Satış nöqtələrində cadugər papaqları, qorxulu maskalar, abadoklar və bəzək əşyaları alıcıların diqqətini çəkir. Restoran və klublar isə xüsusi Hellouin partiləri üçün proqramlar və bilet kampaniyaları təklif edirlər. Mağaza və “party shop”larda Hellouin aksesuarlarının […]
Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycanın müdafiə naziri Zakir Həsənov qazaxıstanlı həmkarı Dauren Kosanovla görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Əli Əsədov BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirdiyi qeyd […]
Ərdoğan: Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərimizi ifadə etmişik
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərini ifadə edib. Bunu Türkiyə Prezidenti ölkəsində səfərdə olan Almaniyanın Kansleri Fridrix Mertslə birlikdə mətbuata bəyanatında deyib. “Bu gün apardığımız danışıqlarda NATO müttəfiqləri olaraq, ortaq maraqlarımız zəminində ikitərəfli münasibətlərimizi və beynəlxalq məsələləri müzakirə etdik. Həmçinin strateji hədəf kimi gördüyümüz Avropa […]
Ərdoğan və Merts Ankarada qapalı formatda danışıqlar aparırlar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Fridrix Merts Ankarada qapalı formatda danışıqlara başlayıblar. Bu barədə Türkiyə Prezident administrasiyasının məlumatında bildirilib. Bu, F.Mertsin kansler qismində Türkiyəyə ilk səfəridir. Almaniya Kansleri daha əvvəl bildirib ki, iki ölkə arasında təkcə xarici siyasət və təhlükəsizlik məsələlərini deyil, həm də miqrasiya, energetika və […]