Netanyahu: İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin İrana qarşı hərbi əməliyyatı davam etdirmək əzmində olduğunu bəyan edib. Hökumət başçısı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İranın nüvə proqramı İsrailin mövcudluğuna təhdid yaradır, çünki Tehran gücünü artırmağa və nüvə silahı yaratmağa çalışır. “Hər şeydən əvvəl, İranın nüvə silahı İsrail üçün ən böyük […]

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan […]

XİN: İran və İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat yoxdur

İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər iki ölkədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə səfirlik və konsulluqlarımıza məlumat daxil olmayıb. Bunu APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

Bakıda kişi tanışını bıçaqladı

Bakıda kişi tanışını bıçaqlayıb. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Belə ki, 1963-cü il təvəllüdlü Əbdüləli Həsənov mübahisə zamanı üzərində olan bıçaqla tanışı 1979-cu il təvəllüdlü İlkin Ələskərovu bıçaqlayıb. Əbdüləli Həsənov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Səbail rayonunun qaz təchizatı dayandırılacaq

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 8-ci Mədən qazpaylayıcı məntəqədən (QPM) ayrılan qaz xətlərində təmir işlərinin aparılması məqsədi ilə iyunun 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq. […]

G7: İran böhranının həlli regionda gərginliyin azalmasına gətirib çıxarmalıdır

“İran böhranı”nın həlli Yaxın Şərqdə gərginliyin azaldılmasına və Qəzza zolağı ətrafında vəziyyətin nizamlanmasına gətirib çıxarmalıdır. Bu barədə Kanada hökumətinin bazar ertəsi dərc etdiyi “Yeddilik Qrupu” (G7) ölkələri liderlərinin birgə bəyanatında deyilir. “İran regional qeyri-sabitliyin və terrorun əsas mənbəyidir. Ardıcıl olaraq bəyan etmişik ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır. […]

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər); 2. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; 3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; […]

Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb

Rusiyanın Kalininqrad vilayətində fəaliyyət göstərən “Sirius” müvəqqəti saxlama anbarında karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan avtomobil nəqliyyatı ilə gpndərilmiş 20 tondan çox kartofda təhlükəli karantin obyekti – qızılı kartof nematodu (Globodera rostochiensis) aşkarlanıb. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. Bildirilib ki, son illərdə idxal […]

Saatlının üç kəndində qaz kəsiləcək

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, diametri 200 mm olan “Dədə Qorqud kənd” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin yoxlanılması məqsədilə iyunun 17-də saat 10:00-dan etibarən sınaq işlərinə […]