Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi avqustun 26-da həmin telekanalda yayımlanıb. Müsahibəni təqdim edirik. Müxbir: “Əl-Ərəbiyyə” kanalının hörmətli tamaşaçıları, Sizi Azərbaycan Respublikasının paytaxtından, gözəl Bakı şəhərindən salamlamaq istəyirik. Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyevdən xüsusi müsahibə götürəcəyəm. Əlbəttə, bu görüş ABŞ […]

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstənin törətdiyi cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub. Bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. İstintaq materiallarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və vasitələrin, cinayət yolu […]

Laçında 2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlanır

Laçında bərpa işləri ardıcıl olaraq Dövlət Proqramı əsasında davam edir. Bu fikirləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Laçın şəhərinin bərpasının birinci mərhələsi başa çatıb. “2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlayırıq. Buna uyğun olaraq, Laçın rayonu ərazisində 20-dən […]

DİM: 57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub

Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Müsabiqənin nəticələrinə əsasən, 57 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli […]

Bakı metrosu “Qarabağ”ın oyunu ilə bağlı gücləndirilmiş rejimdə işləyəcək

Sabah “Bakı Metropoliteni” QSC “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq. Xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək. Bakı metrosunun müvafiq […]

“Formula 1″lə əlaqədar bəzi məktəblərin fəaliyyətində məhdudiyyət tətbiq edilə bilər

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin həyata keçiriləcəyi ərazilərdə müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcək. Bu barədə “Report”un Bakıda “Formula 1” yarışlarının keçiriləcəyi tarixlərdə orta məktəblərin fəaliyyətində məhdidiyyətlərin olub-olmayacağı ilə bağlı sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, “Formula […]

Nazir: Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişikliyi gözləyir

Azərbaycan sülh sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsini, ərazi iddialarının aradan qaldırılmasını gözləyir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib. Nazir həmçinin bildirib ki, Ermənistan ərazisində həyata keçiriləcək Zəngəzur dəhlizi (Tramp yolu) Azərbaycanın daxili […]

Pakistan Hindistanın xəbərdarlığı fonunda ən azı 150 min nəfəri təxliyə edib

Pakistan Hindistanın sərhəddəki bənddən artıq suyu buraxmağı planlaşdırması ilə əlaqədar baş verə biləcək daşqın qurbanlarının qarşısını almaq məqsədilə ən azı 150 min nəfəri təxliyə edib. Bu barədə “Reuters” informasiya agentliyi məlumat yayıb. Qeyd olunub ki, təxliyə daşqın təhlükəsi olan çaylar boyunca yerləşən əraziləri əhatə edib. “Pakistan daşqın təhlükəsi olan çaylar […]

Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olunub

Xocavənd və Ağdərə rayonlarında baş verən yanğınların söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, küləkli hava şəraiti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində baş verən yanğınlarla mübarizəni […]

İran Avstraliyanı cavab tədbirləri ilə hədələyib

Avstraliyanın İran səfirini çıxarmaq qərarından sonra rəsmi Tehran cavab tədbirləri görəcəyini vəd edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik brifinqdə bildirib. Məlumata görə, bu qərar Sidney və Melburnda hücumlarda Tehranın əli olması ittihamları fonunda qəbul edilib. “İrəli sürülən ittihamlar tamamilə əsassızdır. Diplomatik səviyyədə hər hansı […]